Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda təmir gedir
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-12km-dəbu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə,təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun130-160-cı kilometrliyindəüfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.İşlər axşam saatlarındaqədəryekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Digər Xəbərlər
02 May 2024 17:40