adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 May 2018 12:40
18574
DÜNYA

Suriyadan qalxan Rusiya qırıcısı qəzaya düşdü: Pilotlar öldü

Suriyada "Hmeymim” hava limanından qalxan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-30 SM” qırıcı təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Qeyd olunub ki, qəza nəticəsində hər iki pilot ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb təyyarənin mühərrikinə quş sürüsünün daxil olmasıdır.(azvision.az)