07 Oktyabr 2025 09:59
171
DÜNYA

Suriyada döyüşlər gedir

Hələbdə Suriya ordusu ilə kürd YPG yaraqlıları arasında toqquşmalar başlayıb.

Adalet.az xəbər verir ki, bu  barədə Suriya KİV-ləri məlumat dərc edib. 

Məlumata görə, silahlı qruplaşma Suriya hökuməti ilə martın 10-da imzalanmış müqaviləni pozaraq şəhərdəki təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edib. Hazırda Şeyx Məqsud və Əşrəfiyə bölgələrində şiddətli döyüşlər gedir.