adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
06 Noyabr 2018 18:30
11429
DÜNYA

SURİYADA 6 RUS ƏSGƏRİ ÖLDÜRÜLDÜ

Bu günlərdə Suriyada«Vaqner» şəxsi hərbi kompaniyasında xidmət edən 6 nəfər muzdlu partlayış nəticəsindəhəlak olub. «Novaya qazeta»nın məlumatına görə, partlayış Dəməşq-Deyr-əz-Zor magİstralyolunda yerləşən polis idarəsininkeçmiş binasında baş verib. Partlayış nəticəsində11 nəfər həlak olub, onlardan 5-i Suriyanın hökumət ordusunun döyüşçüləridi.

Bildirilir ki, bubinada Suriya hökumət qoşunlarının beşincikorpusu yerləşir. Həmin korpusda suriyalı hərbçilərlə yanaşı, Rusiyanın hərbi məsləhətçiləridə yerləşib.

Federasiya Şurasınınkomitə sədri Viktor Bondarev bildirib ki,son 3 il ərzində Rusiya hərbi qüvvələri Suriyada 112 hərbçi itirib. Reuters agentliyinin jurnalistləri isəSuriyada həlak olan rusiyalı hərbçilərinin sayının bundan ən azı 4 dəfə artıq olduğunubildirirlər. Təkcə fevral ayında Deyr-əz-Zorəyalətində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi məlumatına görə, aviazərbələr nəticəsində 200-əyaxın rus muzdlu əsgərlərinin həlak olduğubildirilib. Lakin Rusiya XİN-i həmin vaxt rəsmi olaraq 5 nəfər muzdlununhəlak olduğunu və onlarla hərbçinin yaralandığı haqda rəsmi məlumat yaymışdı.

«Vaqner» - şəxsihərbi kompaniyadır. Bir çox məlumatlara görə,bu kompaniyanın rəhbəri ehtiyatda olan hərbçi podpolkovnik (ləqəbi Vaqner) Dmitri Utkindir. «Vaqner» Baş Qərargahın Baş İdarəsi(Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən idarə olunur. «Vaqner»in əməkdaşları eyni zamanda Ukraynanın şərqində tanınmamışqondarma «respublikalarda» əməliyyatlarda iştirak ediblər.

Baxmayaraqki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin359-cu maddəsinə görə, başqa dövlətin ərazilərindəqeyri-leqal hərbi qruplaşmalarda iştirak etməyə görə 7 ilədək həbs cəzası verilir,amma «Vaqner»in «krışası» Baş Qərargahın Baş İdarəsidi.