Suriya İsraillə danışıqları bərpa etməyə hazırdır
Suriya İsraillə danışıqları bərpa etməyə hazırdır.
Adalet.az “Al Arabiyya”ya istinadla xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.
Onun sözlərinə görə, bundan əvvəl Suriya İsraillə təhlükəsizlik razılaşması əldə etmək üçün çalışıb, lakin İsrail danışıqlar prosesində öhdəliklərinə əməl etməyib.
“Biz hələ də İsraillə eskalasiyanın azaldılması məqsədilə danışıqlara hazırıq. Bunun üçün İsrail real siyasi iradə nümayiş etdirməlidir”, - Şeybani bildirib.
O, İsrailin hücumlarının Türkiyənin Suriyadakı mövcudluğu ilə izah edilməsini rədd edib və bu cür iddiaların faktlarla təsdiqlənmədiyini vurğulayıb.
Əl-Şeybani Suriyanın öz hərbi potensialını artırmaq haqqına sahib olduğunu qeyd edib.
Digər Xəbərlər
20 Avqust 2026 12:16
"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"
20 Avqust 2026 11:27
Ermənistanda hərbçiləri maşın vurdu - 1 ölü, 6 yaralı
20 Avqust 2026 10:36
Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi
20 Avqust 2026 10:24


Bakı -°C

