"Süni intellektlə sistemlərin zəif nöqtələrini müəyyən edə bilərlər" - Aİ-nin təmsilçisi
Süni intellekt kibertəhlükəsizlik mənzərəsini sürətlə dəyişdirir. O, proqram təminatındakı zəifliklərin aşkar edilməsinə, şübhəli şəbəkə fəaliyyətinin müəyyənləşdirilməsinə, kiber hücumların qarşısının alınmasına və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə kömək edir.
Adalet.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında "Dəyişən dünyada süni intellekt və təhlükəsizlik: Avropa perspektivi" mövzusunda çıxış edərkən deyib.
O qeyd edib ki, bununla yanaşı, bədxah qüvvələr süni intellektdən hücumları avtomatlaşdırmaq, saxta mesajlar yaratmaq, sistemlərin zəif nöqtələrini müəyyən etmək və kiber əməliyyatları misli görünməmiş sürət və miqyasda həyata keçirmək üçün də istifadə edə bilərlər: "Məsələn, süni intellekt bir xəstəxananın informasiya sistemində qeyri-adi giriş cəhdlərini müəyyən edərək, təhlükəsizlik qrupuna vaxtında xəbərdarlıq edə bilər. Eyni zamanda, cinayətkarlar süni intellektdən istifadə edərək daha inandırıcı fişinq mesajları hazırlaya və əməkdaşları saxta keçidlərə daxil olmağa sövq edə bilərlər. Bu, süni intellektin həm müdafiə vasitəsi, həm də yeni təhlükə mənbəyi ola biləcəyini aydın göstərir. Buna görə də rəqəmsal mühitimizi qorumaq üçün mövcud imkanlarımızı, şəbəkələrimizi, institusional əməkdaşlığımızı və bazamızı səfərbər etməliyik",- deyə M. Hacı-İsmayılova qeyd edib.
Digər Xəbərlər
20 Oktyabr 2026 11:14
"Süni intellektin dövlət idarəçiliyində tətbiqi prioritetlər sırasındadır" - Allahverən İsmayılov
20 Oktyabr 2026 11:02
İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradıldı
20 Oktyabr 2026 10:22
Bakıda dövlət qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısı başladı
20 Oktyabr 2026 09:52
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
20 Oktyabr 2026 09:48
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - FAKTİKİ HAVA
20 Oktyabr 2026 09:39
"Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilib" - Baba Rzayev
20 Oktyabr 2026 00:04
Zəngilanın azad edilməsindən 6 İL ÖTÜR
19 Oktyabr 2026 22:23


Bakı -°C

