adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2019 17:27
16558
ƏDƏBİYYAT

Sumqayıtda sənayenin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Sumqayıt gənc şəhərdir.Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesininböyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması vəinkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm.

Heydər Əliyev

Sumqayıtşəhərinin dinamik və tərəqqi dövrü kimi xarakterizə olunan 34 illik tarixixalqımızın müdrik oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Sumqayıt şəhərinə və sumqayıtlılara diqqət və qayğısını əsirgəməyən dünya şöhrətlisiyasətçi bu müddətdə 16 dəfə gənclik şəhərində olmuşdur ki, bu səfərlərində hərbiri şəhərin tarixi salnaməsinin ən parlaq səhifələrini təşkil edir.

HeydərƏliyev və Sumqayıt. Bu sözlər çox böyük rəmzi məna daşıyır. Çünki Sumqayıtın əldəetdiyi hər bir uğurda onun rolu, zəhməti var. Rəhbərliyi dövründə vaxt tapıb 16dəfə Sumqayıta gəlməsi ulu öndərin şəhərimizə və onun sakinlərinə olan məhəbbətinin,diqqətinin əyani ifadəsidir.




1976-cıil 3 aprel. AKMK-nın1 katibi Heydər Əliyev və SSRİ Nazirlər Soveti sədrinin Imüavini

N.Tixonov (Sinrez Kauçuk) zavodunda

Mən 19 il Sumqayıt elektrik şəbəkəsininrəisi "Azərikimya” Dövlət Şirkəti Prezidentinin müşaviri olmuşam. Ulu öndər ilkdəfə Sumqayıta 7 aprel 1971-ci ildə, son dəfə isə 3 aprel 2003- cü ildə gəlib.Onun görüşlərində iştirak etmişəm və kimya sənayesinin inkişafına necə qayğıgöstərdiyinin şahidi olmuşam.

1993-cüilin iyulunda xalqın təkidi ilə Respublikamıza hakimiyyətə qayıdan HeydərƏliyev bütün çətinliklərə sinə gərərək ölkədə dönüş yarada bildi. Yalnız bundansonra Azərbaycanın daxilində sabitlik bərqərar oldu, ölkənin yeni inkişafdövrünün başlanğıcı qoyuldu. Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsdlərtörədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlətlə xalqın birliyi təminolundu. 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə edildi. Həmin ilinsentyabrında "Əsrin müqaviləsi” neft kontraktı imzalandı. 1994-cü ilinoktyabrında, 1995-ci ilin martında dövlət çevrilişləri cəhdlərinin qarşısıalındı. 1996-cı il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbulolundu və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. ÖlkəmizAvropa şurasına qəbul olundu.

Bütün bunlarla yanaşı ölkədə sosialyönümlü islahatlar keçirilməyə başladı.

Səksəninciilləri kimyanın inkişafında mühüm mərhələ dövrü adlandırsaq səhv etmərik. Dahakonkret desək kimya sənayesi özünün ikinci inkişaf mərhələsinə məhz bu dövrdə qədəmqoysa da, əslində bunun təməli hələ yetmişinci illərdə qoyulmuşdu. Belə ki,yetmişinci illərin ortalarında Azərbaycan KPMK-nin Birinci katibi Heydər Əliyev"Sintezkauçuk” zavoduna (indiki Etilen-Polietilen zavoduna) gələrək uEP-300”unikal bir qurğunun tikiləcəyi yeri müəyyən etdi. Sonralar SSRİ kimya SənayeviNazirliyindən bu qurğunun Sumqayıtda tikilməsinə maneələr olsa da Heydər Əliyev"EP-300” qurğusunun "Sintezkauçuk” zavodunda tikilməsinin mümkünlüyünü sübutetmişdir.

Ikinci dəfəyenidən hakimiyyətə qayıdan ulu öndər H. Əliyev son illərdə altı dəfə Sumqayıtagəlmişdir. 1998-cu il martın 24-də və 2001-ci il iyulun 7-də "Sintezkauçuk”zavodunda olmuş, "EP-300” kompleksində Buxar-generator qurğusunun özülününqoyulması və istismara buraxılmasında iştirak etmişdir.

Məlumolduğu kimi hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Azərkimya”Dövlət Şirkəti 2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət NeftŞirkətinə (ARDNŞ) birləşdirilmişdir və 2010-cu ilin aprel ayından AzərbaycanNeft-Kimya sənayesi özünün inkişaf dövrünə qədəm qoymuşdur. Artıq 9 ildir ki,Birliyin müəssisələrində məqsədyönlü və ardıcıl şəkildə geniş və səmərəli yenidənqurma,müasirləşdirmə işləri aparılır ki, bu da özünü kimyaçıların son dövrlərdə əldəetdiyi istehsalat nailiyyətlərində daha qabarıq şəkildə göstərir. İndikimyaçıların çöhrələrində bir təbəssüm ümid var. Bu gün görülən tədbirlər bir daha göstərir ki, kimyaçıların gələcəyəinamı böyükdür. Eyni zamanda ARDNŞ-nin Sumqayıtda həyata keçirəcəyi layihələryüzlərlə yeni iş yerlərinin açılması deməkdir.

Kimyaçılar başa düşürlər ki, ulu öndər,ümummilli liderimiz Heydər Əliyevin neft-kimya sənayesinin inkişafında gördüyügeniş miqyaslı işləri uğurla həyata keçirən ölkə rəhbəri cənab İlham Əliyev busahəyə xüsusi diqqət və qayğı göstərir.

Sumqayıt Kimya Sənaye Parkında açılanzavodlar bunun bariz nümunəsidir. Açılan bu zavodlarda 2000 dən çox fəhlə işləyir.Ölkə prezidenti ilham Əliyevin Bakı və onun ətraf ərazilərində, o cümlədən Sumqayıtdaekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma tədbirlərinə xüsusi əhəmiyyətverməsi, ilk növbədə əhalinin sağlamlığını ön plana çəkməsi ölkə başçısınınxalqa diqqət və qayğı göstərdiyini bir daha təsdiq edir.

Artıq 9-cu ildir ki, bilavasitə "Azərikimya”İstehsalat Birliyinin rəhbərliyi sayəsində müəssisələrinin ərazisində mütəmadiolaraq abadlıq və yaşıllaşdırma işləri aparılır ki, bu da kimyaçılar üçünekoloji cəhətdən təmiz və sağlam iş şəraitinin yaradılmasına xidmət edir. Bugün fərəhlə deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti, Milli məclisindeputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanm "Hərəyə bir ağac əkək” təşəbbüsü respublikamızda xoş əks sədadoğurmuş və yaşıllaşdırma işlərinin böyük vüsət almasına səbəb olmuşdur. Bu təşəbbüs"Azərikimya” İ.B-nin kimyaçıları tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Uluöndərin anadan olmasının 96-cı ildönümü şərəfinə hər həftənin şənbə günü iməcilikkeçirilir. Sumqayıt-Quba magistral yolu boyunca "Sənaye zonası” deyilənuzunluğu 2600 metr, eni isə 30 metrdən artıq bir ərazidə meşə zolağı salınmışdır.Ərazilərdə 10 minlərlə şam, küknar, sərf, söyüd, iydə ağacları, müxtəlif növgül kolları əkilmişdir və bu iş yenə də davam edir.

Ulu öndər Heydər Əliyev "Əsrin müqaviləsi”ni həyata keçirməkləAzərbaycanın tarixi salnaməsinin çox canlı və unudulmaz səhifələrini yaratdı.Heç bir şübhə yoxdur ki, dahi rəhbərin böyük ideyalarını uğurla həyata keçirərəkdavam etdirən dövlət rəhbərimiz İlham Əliyev XXI-əsrdə yeni neft-kimya kompleksininyaradılmasına göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanın kimya salnaməsinindaha parlaq səhifələrini yaradacaqdır.

Nəticə etibarı ilə ölkə kimyaçıları dahaböyük nailiyyətlər əldə edərək, respublikamızın iqtisadi qüdrətini möhkəmləndirəcək,onun şöhrətini daha da artıracaqlar. Ulu öndərimizin anadan olmasının 96 illikyubileyini kimyaçılarımız əmək qələbələri ilə qarşılayırlar. Onlar bilirlər ki,kimya sənayesinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.


İslam İslamov

Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, dosent, Prezident təqaüdçüsü,Respublikanın əməkdar mühəndisi