Sumqayıtda iki qadın soyuldu
Sumqayıt şəhər sakinləri olan iki qadının çantalarından pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-nin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 22-də şəhər sakini olan bir qadının çantasından 437 manat və mobil telefon, digərinin çantasından isə mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunmuş Ruslan Bayramov və əvvəllər dələduzluq və xuliqanlıq etdiyinə görə məhkum olunmuş Abşeron rayon sakini Loğman Mirzəzadə saxlanılıblar.
Digər Xəbərlər
04 May 2024 14:37