adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2020 20:28
35285
KRİMİNAL

Sumqayıtda evdən meyit tapılıb

Sumqayıt şəhərində evdən meyit tapılıb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü İbrahimov İbrahim Nurəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.