adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Sentyabr 2018 10:51
4445
HADİSƏ

Sumqayıtda binada yanğın -10 nəfər təxliyyə edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.