Sumqayıt və Lənkəranda güzəştli mənzillərin satışına başlanıldı
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəranda mənzillərin güzəştli satışına başlayıb.
Adalet.az xəbər verir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı bu gün saat 11:00-da başlayıb və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Xatırladaq ki, mənzillərin seçimi “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında aparılacaq.
Digər Xəbərlər
06 Oktyabr 2026 15:01
Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artıb
06 Oktyabr 2026 10:46
Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda
06 Oktyabr 2026 10:21
Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
06 Oktyabr 2026 09:04
Dünya bazarında qızıl ucuzlaşdı
05 Oktyabr 2026 14:37
Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
05 Oktyabr 2026 12:32
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
05 Oktyabr 2026 11:14
“İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb”
05 Oktyabr 2026 10:48


Bakı -°C

