adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2015 11:46
4144
MƏMLƏKƏT

Sumqayıt hadisələri və erməni terroru

1985-ci ildə MixailQorbaçovun SSRİ hakimiyyətinə gətirilməsi birmənalı deyildi. Bu hadisə birtərəfdən ABŞ-ın özünə qarşı təhdid kimi qəbul etdiyi Sovet İttifaqınıparçalamağa xidmət edirdisə, digər yandan imperiyanın dağılmasından sonraermənilərin sahib olduqları əraziləri genişləndirməyə. ABŞ Mərkəzi Kəşfiyyatİdarəsiylə loyal münasibətləri olan Qobraçov sonrakı illərdə bu iki məsələnihəll etdi. Qərbin Moskvadakı erməni agentlərinin dəstəyiylə hakimiyyətə gətirilənMixail Qorbaçov eyni zamanda Azərbaycan ərazilərinin işğalında, XocalıSoyqırımı və Sumqayıt hadisələrinin törədilməsində müstəsna rol oynadı. Həmindövrdə Qorbaçovun ətrafını ermənilər tamamilə ələ keçirmişdilər. Onun siyasiməsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisiA.Aqanbekyan, Dövlət Plan Komitəsinin I müavini Sitaryan və başqalarımilliyətcə erməni idilər. Ermənilər Qorbaçovu ələ ala bilmişdilər. 1987-ci ildəAqanbekyan Fransada olarkən bu barədə deyirdi: "Mən istərdim ki, respublikanınşimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətənErmənistana daha da bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm,ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz əksini tapacaq”.Aqanbekyanın birmənalı qarşılanmayan çıxışı Dağlıq Qarabağ və Azərbaycanındigər bölgələrində başlayan hadisələr üçün qızışdırıcı akatalizator rolunuoynadı. 1988-89-cu illərdə başlayan qarışıq proseslərdə ErmənistandanAzərbaycana kütləvi axın başladı. Onların aralarında ermənilərin sayı kifayətqədər çox idi. Ermənilərin Azərbaycanda məskunlaşdığı şəhərlərdən biri dəSumqayıt idi. Həmin vaxt SSRİ-nin ayrı-ayrı respublikalarında başlayan siyasisilkələnmə Azərbaycanda hiss olunurdu. Baş verənlərdən istifadə edən ErmənistanAzərbaycanda başlayan Azadlıq Hərəkatını öz xeyirlərinə istifadə etməyəbaşladı. Azərbaycandan yeni ərazilər qoparmaq istəyən ermənilər separatizmə əlatdılar. Xüsusilə Dağlıq Qarabağı ələ keçirmək üçün "əzilən xalq” imiciyaratmaq işə lazım gəlirdi. Bunun üçün ermənilərin kompakt yaşadığı Sumqayıtdaiğtişaş törədilmək Qorbaçov və onun erməni ətrafının işinə yarayırdı. Belə dəoldu. Sumqayıtda erməni qırğını həyata keçirmək milliyətcə erməni olan, üç dəfəməhkum edilmiş 9 il qatı cinayətkarlar kimi həbsdə yatan "Paşa” ləqəbli EduardQriqoryana tapşırıldı.Məqsəd "əzilən xalq” imici yaratmaq, ermənilərinazərbaycanlılarla bir dövlətdə yaşamasının qeyri mümkün olduğunudünyaya inandırmaq, beləliklə Dağlıq Qarabağın Azərbaycandanqoparılmasına zəmin hazırlamaqdı. Digər məqsəd isə "Türksüz Ermənistan”qurmaq idi. Beləliklə,Sumqayıt hadisələrində 32 nəfər qətlə yetirildi, onlardan 26-sı erməni idi.Ümumiyyətlə,talanlar zamanı 400nəfərdən çox adamyaralandı, 200-dən çox mənzil talan olundu, 50mədəni məişət obyekti yerlə-yeksan edildi. Ermənilər isəhadisələrdə 500 nəfərdən çox erməninin öldürüldüyünü iddia edərək, Sumqayıthadisələrinə "Erməni genosidi” adını qazandırmağa çalışdılar.

"QriqoryanEmmanı vəhşicəsinə öldürdü”

Sumqayıthadisələrinin canlı şahidi İndira Şəmsivari həmin hadisələrin Ermənistan vəSovet Rusiyasının xüsusi xidmət orqanları tərəfindən törədildiyi qənaətindədir.İ.Şəmsivarinin sözlərinə görə, Ermənistanın tanınmış siyasi xadimlərindənParuyr Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu etirafedib: "Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət TəhlükəsizlikKomitəsinin o vaxtkı sədri Kryuçkov da təsdiq edib. Təxribat üçün Bakıyaxınlığında yerləşən Sumqayıt təsadüfən seçilməyib. Hələ Sovet dövründə "ölüzona” adlandırılan şəhərdə müxtəlif millətlərdən çoxlu sayda insan yaşayırdı. Onagörə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davamedən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycanlı, 1 ləzgi öldürüldü. Həmin dövrün istintaqmateriallarında, iğtişaşlara azərbaycanlı Əhməd Əhmədov və erməni EduardQriqoryanın rəhbərlik etdikləri bildirilir. Erməninin bu hadisələrə başçılıqetməsi hər şeyə aydınlıq gətirir. Öldürülən ermənilərin, demək olar ki, hamısıerməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu hadisələrdəzərərçəkmiş Sumqayıt sakini L.Meclumyan deyirdi ki, "Qriqoryan mənim mənzilimədaxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxtmən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görəgücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrdəiştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa ifadəsində "Qriqoryantərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının evinə soxuldu, dərhalonu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağıtəklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü” – deyə qeydetmişdi. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "Qriqoryanöz dəstəsi ilə birinci mikrorayonda Petrosyanın mənzilinə daxil olmuş,müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsızvəziyyətə salıb”. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsənözü öldürüb, 8 erməni qadınını zorlayıb. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bucür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölümhökmü çıxardı və hökm dərhal icra olundu. E.Qriqoryana isə yalnız 12 il işverildi və bir neçə ildən sonra azadlığa buraxıldı.Bu hadisələri törədərkən orada video-kamera, fotoaparatların olması, çəkilişlərinaparılması ondan xəbər verirdi ki, bu qabaqcadan planlaşdırılmış bir hərəkətdir”.

"SSRİ DTK arxivlərində saxlanılan məxfi sənədləraçılsın”

İndiraŞəmsivari bildirib ki, ermənilər ölmüş və yaxud öldürülmüş vətəndaşlarındanhəmişə məharətlə istifadə ediblər. Şəmsivarinin sözlərinə görə, onlar Sumqayıthadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. "Onagörə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəyformalaşdırmağa, anti-Azərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, ermənitəşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakterverməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc yaşayış perspektivləriniheçə endirməyə çalışırdılar. Tarix boyu ermənilər öz havadarlarina arxalanaraqözləri özlərinə qondarma tarix yaratmaq istədilər. Lakin düşünürəm ki,artıq onların iç üzünü bütün dünya tanımalıdır.Və tanıyacaq. Cənab prezidentimizin ermənilərin məkrli siyasətlərini ifşaetməsi yönündə apardığı uğurlu işlər bir daha biz,vətəndaş cəmiyyətiüzvlərini,bu hadisələri görən və ağırlıqlarını öz çiyinləri üzərində gəzdirənhər bir vətəndaş, bu gün bir amala, bir əqidəyə xidmət göstərərək vətənimizin,dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında hər zamanki kimi əlimizdəngələni əsirgəməməliyik. Və tələb etməliyik ki, SSRİ DTK arxivlərində saxlanılanməxfi sənədlər açılsın. Bütün faktlar aşkarlansın, o zaman dünya ictimaiyyətibir daha ermənilərin və erməni xislətinin nəyə qadir olduğunu görsün” – deyəİndira Şəmsivari qeyd edib.

Əfqan Abbasxanov