19 Avqust 2025 14:58
173
GÜNDƏM

Sülhün mənzərəsi:"Sülh müqaviləsi"  erməni ədavətini səngidəcəkmi? 

"Sülh müqaviləsi" dövlətlər arası rəsmi bir anlaşmadır. Məlumdur ki, bu anlaşmadan dərhal sonra müharibə edən iki xalq uzun müddət nə sülhlə , nə də mehribançılıqla barışmır.


Hazırda artıq beynəlxalq müstəviyə çıxarılmış Ermənistan- Azərbaycan arasındakı sülh müqaviləsi nə bizi, nə də əbədi düşmənimiz olan erməniləri sevindirir. Çünki 100 illərdir ki,  davam edən düşmənçilik 2-3 ay müddətinə sovrulub itə bilməz. Xeyir, hələki, yaralar sağalmayıb, dərdlər köhnəlməyib, göz yaşları qurumayıb. Əlbəttə ki, mehriban qonşuluq üçün ən azı 50-70 il lazımdır.  Amma  istəyərəkdən, yaxud da istəməyərəkdən  "Sülh müqaviləsi"sinin şərtlərini  hər iki ölkənin vətəndaşları uymaq məcburiyyətindədir. Ən azından hər iki xalq nifrət nitqlərini,   söyüş və hədələri, leksikonundan tam çıxartmasa da,  az işlətməlidir. Artıq bizim cəmiyyət buna hazırdı. Hətta ermənilərlə  bağlı xoş niyyətlər, xoş sözlər də mediaya ayaq açmağa başlayıb . Hətta sülh müqaviləsi imzalanmamışdan əvvəl də "mehribançılıq" toxumları səpələnirdi.  Xatırlayırsınızsa, 2023-cü ildə hüquq müdafiəçisi Novella Cəfəroğlu belə bir açıqlama vermişdi:“Əgər biz sülh və düzgün yaşamaq istəyiriksə, barışmalıyıq. Hətta ermənilər Qarabağda qalsalar, bu, bölgədə sülh deməkdir. Çünki ən gözəl variant elə budur. Sosial şəbəkələrdə çox nahaq fikirləşirlər. Qarabağda sülhü ermənilərlə orada yaşamağından keçir. Hər kim ki Azərbaycanı sevirsə, bu addımı artıq atmalıdır. Uşaqlarımız üçün atmalıyıq”.

Yəni, biz, rəhmətlik Mirzə Ələkbər Sabir demiş, çırmanarıq, keçməyə çay gəlməmiş, başlayırıq qızmağa yay gəlməmiş!  

Bəs, ermənilər sülh istəyirmi?

Bü gün yenə də erməni mediasını izləyirdim və düşünürdüm ki, görəsən , ermənilər az da olsa, sülhə hazırdırlarmı?
O dəqiqə də diqqətimi "Hraparak" nəşrindəki məqalə cəlb elədi:" Bakıya növbəti şillə: İcma rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib".
Yəqin ki, başlığın"yüksək əhval-ruhiyyəsini hiss etdiniz! Söhbət Rusiyanın Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsindən gedir. Bildiyiniz kimi, FSB-nin qərarı ilə onun pasportu ləğv olunub və Rusiyaya girişinə qadağa qoyulub.

Rusiya mediası iddia edir ki, iri biznesmen, restoran sahibi və bir sıra şirkətlərin təsisçisi və sahibi Xankişiyev “etnoseparatizm təbliği və Aleksey Navalnının tərəfdarlarına dəstək verməkdə” iştirak edib.
Xatırladaq ki, bundan əvvəl Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşan İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.
Ümumiyyətlə, Azərbaycanlıların Rusiyada sıxışdırılmasını lap başdan sevinclə qarşılayan ermənilər , hətta bu proseslərdə 5 azərbaycanlının da öldürülməsinə də sevindilər. Sosial şəbəkələrdə açıq şəkildə sevinclərini biruzə verən haylar "daha çox azərbaycanlının öldürülməsi"nə çağrış da etdilər.
Təsəvvür edin ki, 200 ildir imperiyanın mahiyyətini anamayan ermənilər elə düşünür ki, Rusiya bizə nifrət sərgilədikcə, onlara sevgisi artacaq.
Amma Rusiya ermənilər üçündə eyni anlam daşıyır.


Məsələn, Ermənistanın Uraldakı konsulluğu bağlanıb.Konsulluğun bağlanmasından əvvəl Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib.

Amma bu haqda sosial şəbəkəlin Azərbaycan seqmentinin "sevinc çığlıqları" ümumiyyətlə yoxdu. Biz erməniləri doma torpağımız Qarabağı mənimsəmək tələbindən sonra Ermənistanda baş vermiş dəhşətli zəlzələdə zərər görmüş ermənilərin köməyinə, harayına çatmaq üçün ilk səfərbər olan, yola çıxan biz saf insanlar olmuşuq. Erməni rəzilliyi və əbədi düşmənçiliyi bax o zaman da özünü belə göstərirdi.
İndi də heç nə dəyişməyib. Müşahidə etsəniz görərsiniz ki, 1905-07-ci illərdə erməni təfəkkürü, erməni mahiyyəti nə idisə, aradan 120 il keçsə də, elə indi də eynidir.
Təəssüf ki, alnımıza Rusiya kimi əxlaqsız bir düşmənlə qonşu olmaq düşüb!

Əntiqə Rəşid