"Sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb" - İlham Əliyev
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6- ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla görüşdə deyib.
Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
Digər Xəbərlər
27 Mart 2026 11:54
İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27 Mart 2026 11:52
“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma...”
27 Mart 2026 11:13
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
27 Mart 2026 11:10
“Pekin bu müharibədə ABŞ-nin qələbəsini istəmir...” – Politoloq
27 Mart 2026 10:57
“Məhz İrandakı rejimi dəyişmək ABŞ üçün strateji hədəf olub...”
26 Mart 2026 14:28
“İran ABŞ tərəfindən gözlənilən quru əməliyyatlarına hazırlaşır”
26 Mart 2026 14:09
“Bunlar tarixən avam xalqı savadsız saxlayıb...”
26 Mart 2026 13:00


Bakı -°C

