Südəmər körpəsini boğub meşəyə qaçdı
Rusiyanın Moskva vilayətində doqquz aylıq övladını boğub qaçmışqadın saxlanılıb.
Lenta.ru bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə rəsmi nümayəndəsi Olqa Vradiyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib.
T.Filatova doqquz aylıq övladı ilə yatdığı xəstəxanadan çıxaraq, kirayədə yaşadığı evə köçüb. O, həmin evdə körpəsini boğub öldürüb və məktub yazaraq meşəyə qaçıb.
Gənc ana məktubda "Sanki hər şey qorxulu yuxudakı kimi baş verir. O, ancaqsistem altında yatırdı. Mən çox istəyirəm ki, yaşayım, uşağım da sağ və sağlam olsun. Ancaq bu, mümkün deyil. Hər gün ona iynə vururlar, lakin kömək edə bilmirlər, mən də kömək edə bilmirəm” yazıb.
Faktla bağlı araşdırma davam edir.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30