Stalin və ya Şeytana tapınanlar - İlhami Cəfərsoy yazır

Sovet dönəmində iddia edirdilər ki, Stalin adının anlamı polad kimi möhkəm deməkdir. Lenin Lena çayının kənarına sürgünə göndərildiyinə Lenin ləqəbini qəbul edib. İosif Cuqaşvili ona yaraşdıraraq guya özünə Stalin adını götürmüşdür. Əslində isə Stalinin Lenindən xoşu gəlmirdi. Xüsusilə arvadı Nadejda Sverdlov ilə gəzdiyinə görə aralarında tez-tez mübahisə olurdu. Stalindən qabaq Gürcüstanda Stalin soyadlı adamlar çox olmuşdur. Onlardan biri mətnşünas Yevgeni Stalinski idi. Onun 1885-ci ildə Tiflisdə Şota Rustaveli haqqında kitabı nəşr olunmuşdur. Qafqazın kilsə salnamələrində şeytana sitayiş edənlər iki adla yazıya alınmışdır: Kac və Satala. Kacların və satalların patriarxları cahiliyyə dövründə insanların dərisini diri-diri soydurar, ondan ləzzət alardılar. Müqəddəs Nina, Qriqori xristianlığı yayarkən bu vəhşi tayfa başçılarının müqaviməti ilə rastlaşardılar. Bir gün Suriyadan gələn keşişlər insanları Məryəm ananın oğlunun dininə dəvət edərkən meşədən çığırtı səsi gəlir. Gedib görürlər ki, Şeytana tapınanların patriarxı üçayaqlı stulda oturub dərisi soyulan adamın çığırtısı altında şərab içir. Xristianların şeytana tapınanlarla çarpışmaları başlayır. Zori Balayan yazır ki, erməni əsgərləri əsir tutduqları Azərbaycan uşaqlarının diri-diri dərisini soyurdular. Bu əməl xristian ehkamlarına ziddir. Gec də olsa, bizim Qafqaz müsəlmanları və xristian dini icmaları bu problemi dünyanın kilsə təşkilatları qarşısında qaldırmalıdırlsr.