03 Sentyabr 2025 16:30
101
MƏMLƏKƏT

Yenə piyadalar...

Bütün günü yol polisi piyadaları maarifləfləndirir ki, yolu keçərkən diqqətli olsunlar ,başqa sözlə demiş olsaq, yol hərəkəti qaydalarına əməl etsinlər və təyin olunmuş yerdən keçsinlər.

Təəssüf ki, bir çox piyadalar buna baxmayaraq, yenə  qanunu pozmaqda davam edirlər! İnsanlar çox zaman yolu keçmək üçün nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi yerlərdən istifadə edirlər. Hansı ki, beş- on metr qabağa getsə, ya yeraltı , ya da yer üstü keçiddən istifadə edə bilər və həyatlarını təhlükəyə atmazlar.

Sadəcə olaraq məsuliyyətsizlikdən və səhlənkarlıqdan bu addımı atırlar, özlərini , eləcə də sürücüləri çətin vəziyyətdə qoyurlar. Bir yol- nəqliyyat hadisəsi yadıma düşdü. Bu günlərdə Nəsimi rayonu ərazisində bir gənc xanım yolu keçərkən məsuliyyətsizlik və diqqətsizlik edib. Nəticədə avtomobil onu vuraraq öldürüb. Bu hadisədə sürücü məsuliyyətsizliyi də var. Belə ki, piyada yola qəfil çıxır, sürücü isə buna diqqət vermir və hərəkəti davam etdirir.

Amma sürücü bir balaca diqqətli olsa idi, birmənalı olaraq ölüm hadisəsinin qarşısını ala bilərdi. Burda piyada sürücüyə arxayın olur, sürücü də piyadaya! Nəticədə isə hər iki tərəfin günahı üzündən ölüm hadisəsi baş verir.Bəs nə etməli? Bu sualın bir cavabı var: sürücülər də , piyadalar da zəhmət çəkib ,yol hərəkəti qaydalarına əməl etməlidirlər. Əks- təqdirdə belə faciələr hələ bundan sonra da çox baş verə bilər!!!

 

Emil Faiqoğlu