adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Mart 2019 14:32
21700
DÜNYA

SSRİ-nin BƏRPASINI ARZULAYANLARA

Şagirdləri nəyə görə güllələdilər?

1952-ci ilin fevralında Moskva şəhərində alternativ ədəbi dərnəkyaradan məktəblilərin məhkəmə prosesi keçirilirdi. Yarım il fəaliyyət göstərəndərnək üzvləri – 16 şagirdlərdən 3-nə güllələnmə hökmü verilir, 3-ü 10 ilmüddətinə, qalan 10 nəfəri isə 25 ilmüddətinə həbs cəzasınaməhkum edilir.

ƏDƏBİ DƏRNƏK

Onlar adi şagirdlər idi. Uşaqkitabxanasının açılışına sevinirdilər, çoxlu kitablar oxuyurdular vəəminliklə işıqlı gələcəyə inanırdılar.Yuxarı sinif şagirdi Susanna Peçuronun əldə etdiyi maraqlı kitablar əldən-ələ ötürülürdü.

Ədəbi dərnək məşğələlərindən sonra bu şagirdlər Pionerlər Sarayınatələsirdilər. Bəziləri rəqslə,bəziləri vokalla, bəziləri də oxuduqlarıbədii ədəbiyyatı müzakirə edirdilər.

Ədəbi dərnək bu şagirdlər üçünfaktiki olaraq ikinci evə çevrilmişdi. Hətta şagirdlərin bir çoxu dərsdən sonra yenidən dərnəyə gəlir,yazdıqları şeirləri və tanınmışədəbiyyatçıların yaradıcılığınımüzakirə edirdilər.

Dərnəyin rəhbəri Boris Slutski şagirdlərdən birinin yazdığı şeirlə bağlıyaranan mübahisədən sonra dərnəyi tərk etdiyini bildirir, şagirdlərdənbir çoxu da onunla bərabər müəlliminevində fəaliyyətlərini davam etdirirlər.

GİZLİ TƏŞKİLAT

Borisin evində möhtəşəm kitabxana var idi.Burada rus ədəbiyyatının klassiklərindəntutmuş V.İ.Leninin əsərlərinin toplusu da geniş yer tuturdu. Şagirdlər əvvəlcəLeninin əsərlərini oxuyur, yoldaş Stalinin fikirləri ilə müqayisə etməyəbaşlamışdılar. Və bu nəticəyə gəlmişdilər ki, Leninin fikirləri və ideyalarıçoxdan özünün ilkin variantı mənasını itirib.


Leninin ideyalarının həyata keçirilməsi üçünhərəkətə başlayan şagirdlər «İnqilab uğrunda mübarizə İttifaqı» təşkilatınınyaradılmasına başlayırlar. Qeyri-təbii başlayan hərəkatın əslində heç bir planıyox idi. Onlar yalnız həyatın daha yaxşı olması üçün Leninin vəsiyyətlərininhəyata keçirilməsi prinsiplərinə uyğun hərəkət edirdilər.

Cavan gənclər inqilabçılar kimi özlərinələqəblər fikirləşir, vərəqələr hazırlayır və yaymaq istəyirdilər.

CİNAYƏT VƏ CƏZA

Fəaliyyətlərinin son aylarında təşkilatın bütünüzvləri artıq «nəzarət» altına alınmışdı və 1951-ci ilin yanvarında bugənclərin və yeniyetmələrin həbsləri başladı. Gecələr ünvanlara gələrək qadağanolunmuş ədəbiyyat axtarışları aparılır, evdə olan kitablar müsadirə edilirdi.Gəncləri elə həmin saatda həbsxanalara göndərirdilər. İstintaq 1 il davam etdivə heç kim güman etmirdi ki, onlara qarşı ağır ittihamlar sürülə bilər. Hətta ovaxtlar SSRİ Milli Təhlükəsizlik naziri Abakumov təklif etmişdi ki, buyeniyetmələri ağır cəzalandırmasınlar, lakin tezliklə nazirin özü başqa birməsələ ilə bağlı ittiham edilərək həbs edilir, onun bu yeniyetmələrə heç birköməyi dəymir.

Məhkəmə bu gəncləri və yeniyetmələri dövlətəleyhinə terror təşkilatı yaratmaqda vədövlətin rəhbər vəzifələrinin dəyişdirilməsi cəhdində günahlandıraraq ağır cəzatətbiq edir. Nəticədə təşkilatın rəhbərləri Boris Slutski, Yevgeni Qureviç və Vladilen Furman güllələnməyə məhkum edilir, 3 nəfər,əslində heç bir günahı olmayan, yalnızittiham olunanlarla qohumluq əlaqələriolduğuna görə 10 il müddətinə, qalan 10nəfər şagird isə 25 il müddətinə həbs cəzasına məhkum edilirlər.

1956-cı ildə qrupun sağ qalan üzvlərinin cəzamüddəti endirilərək amnistiya aktı ilə azad edilirlər. Yalnız 1986-cı ildəonlar reablitasiya olunaraq bəraət alırlar.

RüstəmHACIYEV

«Kulturologiya.ru» saytından tərcümə edilib.