adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Oktyabr 2018 13:42
4698
GÜNDƏM

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”

Milli Məclisin sədri Oqtay əsədov deputatlara irad tutub. Modern.az-ın məlumatına görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin səsverməsi zamanı yetərsay qeydə alınmayıb.

Deputatların 79-u səsvermədə iştirak edib. Yetərsayın olmamasına görə isə spiker deputatlara iradını bildirib:

"Deyəsən o kofe, çay yerini bağlamalı olacağıq. Onsuzda çoxlarının paxıllığı tutur. Amma belə getsə bağlanacaq”.