“SpaceX” raketi Aya çırpıldı
Təxminən bir ildən çoxdur orbitdə nəzarətsiz hərəkət edən “SpaceX Falcon 9” raketinin ikinci mərhələsi, proqnozlaşdırıldığı kimi, Ay səthinə çırpılıb.
Adalet.az-ın xəbərinə görə, toqquşma təxminən saatda 8 700 kilometr sürətlə baş versə də, hadisə birbaşa müşahidə olunmayıb.
Lakin Çilidə yerləşən teleskoplar zərbə nəticəsində yaranan toz və dağıntı buludunu qeydə alıblar.
Raket parçasının Ayla toqquşmasının qaçılmaz olduğu bildirilib. Hadisə ABŞ və Çin arasında Aya insan göndərilməsi yarışının davam etdiyi bir vaxtda kosmik zibillə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
“SpaceX”in nümayəndəsi Culianna Şeyman bildirib ki, qəza qəsdən baş verməyib. Onun sözlərinə görə, Günəş aktivliyi və cazibə qüvvələrinin təsiri nəticəsində raketin trayektoriyası dəyişərək Ay istiqamətinə yönəlib. Şirkət gələcəkdə oxşar halların qarşısını almaq üçün NASA ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Boston Universitetinin alimi Karl Şmidt bildirib ki, komandasının müşahidələri Ay səthində baş verən toqquşmanı təsdiqləyir. Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopu zərbədən sonra kosmosa yayılan natrium və litium izlərini aşkar edib.
Astronomların hesablamalarına görə, raket Ayın Eynşteyn krateri yaxınlığındakı boş əraziyə düşüb.
Toqquşmanın yaratdığı krater və ziyanın miqyasını müəyyən etmək üçün NASA-nın Ay Kəşfiyyat Orbiteri yaxın günlərdə həmin ərazinin görüntülərini çəkəcək.
Digər Xəbərlər
07 Avqust 2026 01:00
Quterreşdən ABŞ və Rusiyaya çağırış: Bərpa edin...
07 Avqust 2026 00:51
Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?
07 Avqust 2026 00:02
Türkiyə Qara dəniz və Xəzərlə bağlı çağırış etdi
06 Avqust 2026 19:19
Zəlzələ zamanı cərrahlar əməliyyat etdikləri xəstəni belə qorudular - VİDEO
06 Avqust 2026 13:43
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
06 Avqust 2026 13:40
İran və Oman Hörmüz boğazı barədə razılığa gəlir
06 Avqust 2026 12:45
Türkiyədəki bu tarixi abidə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
06 Avqust 2026 12:39


Bakı -°C

