adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Mart 2018 12:33
27410
ƏDƏBİYYAT

Sözünə hörmət etmək, özünə ən böyük hörmətdir…

Söz İlahi işarədir.Sözün gücüvar. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onunüzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyətqurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir."Söz adamı”layihəsinin növbəti qonağı şairə Nuranə Nurdur.

- Sözlə, ədəbi mühitlə tanışlığınız hansı dövrətəsadüf edir?

Yəqin ki, sözlə tanışlığımadımı anamın dilində, laylalarında eşitdiyim günlərə təsadüf edir.Ədəbi mühitlətanışlığım "Sözün sehri” və "Pərvanə” ədəbi birliyində yarandı.Yeni əsrin ilkillərindən mətbuatda mütamadi olaraq çap olundum, ədəbi mühütə daxil oldum.Qısqanclıqlarla qarşılaşdım , bəzən yazdıqlarımı gizlətmək, mühiti tərk etməkistədim. Uğurlarım olduqca düşmənlərim artdı.

İlk qələmə aldığınız şeirlərdə hansısa birşairin yaradıcılığından təsirlər olubmu?

- İlk şeirlərimi yazdığım,daha doğrusu qoşduğum məqamlarda hərfləri tanımırdım.Aydındır ki, siz dahasonrakı şeirlərim barəsində soruşursunuz. Təbii ki, ola bilər və olub. Məşhurşairlərin məşhur şeirlərindən təsirləndiyim məqamlar olurdu.Amma bir şeyi dərkedirdim ki, şeirlərimdə özüm olmalıyam.Oxuduqlarım, bildiklərim təsir etsə də, onlarıtəkrarlamamağa çalışırdım.Bir müddət yazandan sonra özüm özümü təkrarlamaqdanqorxurdum.Açıq qapıları döymək ancaq etik davranışlara görə lazımdır.Bağlıqapıların arxası daha maraqlıdır.Hamının baxdığı şeyə sən təkcə baxmırsan, həmdə görürsənsə yazmağa dəyər. Ən təhlükəlisi odur ki, mütaliəsiz adam ancaqyazmaqla məşğuldur.

- Bir şairin yaradıcılıq uğurunun əsasında hansıamillər dayanır?

İstedad və zəhmət uğurunaçarıdır. Güclü müşahidə qabiliyyəti, maraqlı yazı üslubu , həyatı mövzularamüraciət yaradıcılıqda mühüm ştrixlərdir. Uğurun əsasında dayanan ən real amilisə təqdimat və təbliğatdır.

Necə düşünürsünüz şeirin bu günki durumu vəoxucu auditoruyası hansı vəziyyətdədir?

Bizim oxucularımızı seçmək şansımızyoxdur.Amma yetişdirmək imkanlarımız var. Hər dövrün öz qanunları, öz yaşamtərzi, öz dəbi, öz düşüncə trayektoriyası var. Demək ki, həm də öz şeiri var.Şeirin bu günkü durumu təbəqələrə görə dəyişir. Adi oxucunu yox, ali oxucunuqane edəcək səviyyədə şeirlər azdır. Tamada janrı və kütləvi məhəbbətşeirlərini nəzərə almasaq ümumi mənzərə maraqlıdır.Şeir zamanı ilə zamanınşeiri arasında get- gəldəyik.

Yeni kitab çapı gözlənilirmi?

Yeni kitab dünyaya gəlməyəgecikir .Artıq dörd ildir ki, abituriyent övladlarım repetitor müəllimlərləhazırlaşdığı üçün kitab çıxartmağa imkan olmur.Onların təhsilinə yatırdığımızsərmayənin daha mühüm olduğunu düşünürəm. –

Bir sıra mətbu orqanlarında şeirləriniz dərcolunur.Buna görə qonorar alırsınızmı?Ümumiyyətlə, qonorar işi necə təşkilolunmalıdır ki, söz adamı bundan razı qala bilsin?

Bəli , qonarar aldığım mətbuorqanları var. Təbii ki, hamısına aid deyil .Qonarar isə qənaətbəxş deyil. Sözadamını razı salmaq asan iş deyil. Təşkilatçılıq işlərində isə demək olar ki,səriştəm yoxdur .

"Söz adamı” olmaq nə deməkdir?

Sözə əsir olmaqdır -söz adamıolmaq.Dünyanın ən uzun yolu ürəkdən barmaqlara qədər gələn yoldur.Sözvasitəsilə biz digər insanlara təsir edə bilirik. Sözü anlatmaq da, anlamaq daistedad tələb edir .Söz adamının qüdrəti və gələcəyə ən etibarlı əmanətiyazdıqlarıdır.Xoş o söz adamının halına ki, sözü özündən çox yaşaya.

Niyə müasir dövr ədəbi nəslin nümayəndələriözlərindən əvvəlki dövr ədəbi nəslini bəyənmir?Bu inkarı inkar qanunudur yanecə?

Bu tendensiya həmişə olub vəolacaq.Təkcə ədəbiyyatda deyil, adi həyat təcrübəsində də hər zaman rastgəlinən prinsipdir.Övladlar valideynlərindən daha çox bildiklərini gümanedirlər və adətən bu belə olur.Biz həmişə valideynlərimizdən keçmiş zamanlardahər şeyin daha yaxşı olduğunu eşidirik, onlar da öz valideynlərindən beləeşidiblər.Biz də öz övladlarımıza belə deyirik. Bütün zamanlarda gənclik üçünhər şey indi , yaşlı nəsil üçün keçmişdə yaxşıdır. Və bu həmişə təkrarlanır,indiki yaxşı keçmişdə qalır. Bəli,inkarı inkar qanununu səciyyələndirən əsasanlayışlar inkar, varislik və inkişafdır. Dolayısı ilə köhnəliyin bir çoxcəhətlərinin yenidən təkrarlandığını ifadə edən umumi qanundur.Yeni nəsil yenidövrə yeni düşüncələr gətirir.Əslində isə həmin düşüncələr qəbul etmədikləriköhnəliyin yeni formasıdır.Yəni , yenilik -yaxşıca unudulmuş köhnəlikdir.

- Heç "sözadamı” olmağınıza görə peşman olmusunuz?

- Yox hələ ki , olmamışam.Amma bilmirəm gələcəkdə necə düşünəcəm.Bu günüm gələcəyimin keçmişidir. Bilsəmki, neçə yaş ömür sürəcəm, təxmini hesablayıb deyə bilərdim ki, hansı yaşımdapeşman ola bilərəm. Onsuz da "söz adamı” da , digər peşə adamları da həmişəsöz- söhbətin qurbanlarıdır . Sözün ən yaxşı mənasında belə, sözdən qaçmaqqeyri - mümkündür.

- Bir qadın yazar üçün cəmiyyətdəbaş verən hadisələri qələmə almaq nə dərəcədə çətindir?

Son dərəcə çətindir.Qadınolmaq qədər çətindir. Hələ, bir də söhbət ailəli qadından gedirsə , bu məsələdaha qəlizdir. Cəmiyyətimizdə qadınların söz azadlığının ailədə nə dərəcədəboğulduğu nəzərə alsaq , təbii ki, ədəbiyyatda da çox fərqli mənzərə iləqarşılaşa bilmərik. Hər hansı bir hadisəyə səmimi münasibət bildirmək istəyəndəxatırlayırsan ki, atan, qardaşın, yoldaşın, oğlun var. Biz qadınlar nələrisə vəya kimlərisə itirmək naminə azadlığı istəmirik.Nəticədə ailəyə sədaqətimizləədəbiyyata xəyanət edirik. Əslində ədəbiyyat çılpaq hisslərin sərgisidir .Lakinvə həm də əsl ədəbiyyat bu hissləri kübar qiyafədə təqdim etməyi bacarmaqdır.

Siz həm də anasınız.İstərdinizmi övladlarınız da"söz adamı” olsun?

Söz adamı olmaq peşə seçimideyil, istedaddır.Övladlarım başqa peşəni seçiblər, amma yazmaq istəsələryalnız kömək edərəm.Təbii ki, söhbət mənəvi köməkdən gedir. Onsuz da bayaqdediyim kimi , övladlarımız özlərini bizdən daha istedadlı hiss edirlər və buadətən belə olur. - Kitab işində dəmüəyyənqədər sözün yaxşı mənasında irəliləyiş var.

Necədüşünürsünüz müasir texnikanın inkişafı kitab sənayesini nə vaxtsaunutduracaqmı?

Kitab bizə nə qədər doğma olsada, nə qədər onu təbliğ etsək də, təəssüf ki, müəyyən vaxtdan sonra sıradançıxacaq. Bunun qarşısını ən çox 100-150 ilalmaq mümkündür. Texnikanın inkişafıbizə kitabın başqa formalarını təqdim edir. Yanımızda 5-10 kitabdan artıqgəzdirə bilmədiyimiz halda , planşetimizdə bir kitabxana kitabı gəzdirəbilirik. "Sehirli xalat” filmində Rəşidin gələcəkdən gətirdiyi kitablarıxatırlayırsız yəqin. Əlini üstünə sürtür , hərflər görünür. O dövrdə bundanartıq orijinal kəşf düşüncəsi ola bilməzdi. Lakin, filmin tarixi yaxın keçmişolmasına baxmayaraq, ordakı gələcək bizə çox bəsit gəlir.

-Kimləri mütaliəedirsiniz? Gənc yazarlardan istedadı görüb, qiymətləndirdiyiniz imzalar varmı?

Rastıma kim çıxsa oxuyuram.Bəyənmədiyim müəllifi bəzən ikincıi dəfə də oxuyuram, yenə bəyənmirəmsə yenidənoxumağı vaxt itkisi hesab edirəm.Bəli istedadlı gənclər çoxdur, tədbirlərdətanışlıqlar olur.Yazarla tanışlıqdan çox mətnlə tanışlıq daha önəmlidir.Redaktorlarla tanış edib, çap olunmasına vəsilə olduğum gənclər çox olub. Vaxtıilə mənə olunan köməyi mən də gənclərə etməyə çalışıram. Adlar çəkmirəm, bumüsahibəni oxuyub özünü tanıyanlara salam olsun.

-Hansı şeirinizi oxucular üçün paylaşmaqistərdiniz?

-Hazırdaruhuma ən yaxın şeir oğluma yazdığım şeirdir. Allah bütün əsgər balalarımızıqorusun, Emin balam da onların içində.

Oğlum, bəlkə darıxmağın
Həddini çoxdan aşmışam.
Səni üşütməsin deyə,
Bu il qışla dostlaşmışam.

Sevmədiyin yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən gün yemək yeyəndə,
Tikəni saldın əlindən.

O tikəni yeyib doydum,
İl yarım sonra acaram.
Darıxmaq orucu tutdum,
Sənin qoxunla açaram.

Sən olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.

Sənin paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini gözlədiyim an,
Fikrim o dağları aşır.

İgid oğlum, Vətən sənin
Sən Vətənin əmanəti.
Bu bir şeir deyil, balam
Bu bir qürur əlaməti.

Səni gətirən yollara
Mən baxıram, sən heç baxma.
İkimizin yerinə də ,
Darıxaram , sən darıxma.

- Ədəbi mükafatlara münasibətiniz...

Hələ ki, münasibətimmünasibətsizdir.Nə vaxtsa layiq görülsəm etiraz etmərəm.Yetər ki, özümutanmayım o mükafatdan.Kimsə deməsin ki, ondan da çox layiq olan kənardaqaldı.Diplomlarım var, amma onları bir oxucunun zərif hisslərinə toxunmağadəyişmərəm. Yaxşı həkimin otağının divarlarında asılan diplomlara ehtiyacıolmadığı kimi...

Dünya ədəbiyaytından oxumağa vacib bildiyinizəsərlər...

Cek London " Həyat eşqi " , Patrik Züskind "Ətriyyatçı” , Qabriel Markes "Yüz ilin tənhalığı” , Ernest Hemenquey "Qoca vədəniz” , F.M. Dostoyevski " Cinayət və Cəza”.

Son olaraq "söz” haqqında sözünüz...

Söz... Təkcə müqəddəs hesabetdiyimiz nəsnə deyil ki... Alqış da, qarğış da, qeybət də, söyüş dəsözdür.Əsas olan sözü kimin harda və necə işlətməsidir.Bəstəkarlar səslə,heykəltəraşlar gillə, rəssamlar rənglərlə işləyir. Bizim iş alətimiz isəsözdür. Hansı ki, bütün insanlar istifadə etsə də, onunla ancaq biz işləyəbilirik. Sözü də qənaətlə işlətmək gərək .Həm yazıda, həm danışanda sözlərədarısqallıq, fikirlərə genişlik vermək lazımdır.Az bilib çox danışmaq yoxsuladamın bədxərclik etməyinə bənzəyir. Sözünə hörmət etmək, özünə ən böyükhörmətdir.


Söhbətləşdi: Tural Cəfərli