Sözlə Ucalan Bir İmperiyanın Gizli Qəhrəmanı: Şeyx Ədəbalı
“Bir dövlətin kökləri yalnız qılıncla yox, hikmətlə də atılır...”
Əgər bir dövlət min illərlə ayaqda qalıbsa, onun yalnız güclü ordusu və ağıllı sərkərdələri deyil, həm də dərin düşüncəyə sahib mənəvi rəhbərləri olmuşdur. Osmanlı imperiyası bu baxımdan istisna deyil. Onun mənəvi banilərindən biri, bəlkə də birincisi – Şeyx Ədəbalıdır.
Şeyx Ədəbali XIII əsrin sonları ilə XIV əsrin əvvəllərində yaşamış, Anadolu torpaqlarında tanınmış bir din alimi və sufi mürşidi idi. Əslən Karaman bölgəsindən olduğu qeyd olunur.
O, qılıncın yol açdığı torpaqlarda könüllərə yol salan, bir dövlətin ruhunu yoğuran və insanı mərkəzə qoyan düşüncənin sahibi idi. Bu gün belə onun sözləri tarix kitablarından çıxıb ürəklərdə yaşayır.
Bir alim, bir sufi, bir ata…
Şeyx Edebali haqqında düşünərkən onu təkcə dini şəxsiyyət kimi görmək, böyük bir gerçəyi görməmək deməkdir. O, xalqla iç-içə yaşayan, dərd dinləyən, nəsihət edən, gələcəyi görən bir fikir öndəri idi.
Əsl adı Ədəbalı bin İsmail olan bu böyük şəxsiyyət, təhsilini Şam və Hələb kimi elmi mərkəzlərdə almış, Anadoluya qayıdaraq İtburnu (indiki Bilecik) bölgəsində bir zaviyə qurmuşdu. Bu zaviyə sonradan yalnız bir ibadət məkanı deyil, həm də düşüncə mərkəzinə çevrildi.
Ədəbalının adı, ən çox Osman Qazi ilə bağlı olaraq xatırlanır. O hələ gənc yaşlarında Şeyx Ədəbalınən dərgahına gəlib-gedər, ondan elm öyrənərdi. O dərgahda yalnız dini dərs deyil, həyat dərsi də alırdı. Bir gecə Osman Qazi orada qaldığı zaman bir yuxu görür – onun qoynundan bir ay doğur, o ay bir ağac olur, budaqları dörd bir yana yayılır...
Bu yuxunu dinləyən Ədəbalı təbəssümlə belə deyir:“Oğul, sən böyük bir dövlətin təməlini atacaqsan. Amma unutma, ağacın kökü torpaqdadır. O torpaq – insanın könlüdür.”
Bu yalnız bir yuxu yozumu deyil, eyni zamanda bir dövləti insan sevgisi üzərində qurulması gərəkdiyinin vəsiyyəti idi.
Şeyx Ədəbalının Osman Qaziyə etdiyi nəsihətlər tarixdə dərin və mənalı idarəçilik prinsipləri arasında yer almaqdadir. Onun “İnsanı yaşat ki, dövlət yaşasın!” kəlamı sadəcə bir cümlə deyil – dövlət idarəçiliyinin fəlsəfəsidir.
Fikrət Əkbərli
Digər Xəbərlər
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10


Bakı -°C

