adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Yanvar 2018 18:15
36113
ƏDƏBİYYAT

SÖZ TƏFƏKKÜRÜMÜZÜN İFADƏÇİSİDİR

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı tərcüməçi Cəlil Cavanşirdir.


-Sözlə ilk tanışlığınızıxatırlayaq. Bu hansı vaxta təsadüf edir?

-Sözlə ilk tanışlığım yəqin ki, anamın laylası, nənəminbayatıları ilə başlayıb. Ağlım kəsdikcə ətrafımda olan hər kəs məni sözü sevməyəməcbur edib. Daha doğrusu son sığınacağım hər zaman söz olub. Gözümü açandansöz var idi, yenə də nə yaxşı ki, məni tərk etməyib. Böyüdükcə, yaşımın üstünəyaş gəldikcə söz mənim materialım, silahım, ifadə vasitəm oldu. Bax, sözünsehrinə nə vaxt düşdüyümü heç vaxt dəqiq xatırlamıram.

-Sözün gücünü, təsir imkanlarınıdaha çox nədə görürsünüz?

-Son kitabımın ilkbölümü və ilk yazısı "Söz” adlanır. Söz mənim üçün metafizik bir güc,enerji mənbəyidir. Sözdən güc alıram və sözlə bir çox hadisələrə təsir etməkimkanım olub. Sözü hər zaman xilaskar kimi sevmişəm. Söz möhtəşəm birenerjidir. Sadəcə bu enerjidən düzgün istifadə etmək bacarığı müstəsnabacarıqdır. Ustad Füzuli necə gözəl ifadə edib:

Artıran söz qədrini sidq ilə qədrinartırar,

Kim nə miqdar olsa eylər əhlin olmiqdar söz.

Sözün gücünə, kəsərinə, təsirinə hər zamaninanmışam. Və hər zaman "söz qədrini artıran”lardan olmaq istəmişəm. Məncə qiymətinivə dəyərini bildikcə söz daha da təsirli olur. Söz təfəkkürümüzün ifadəçisidir.Təfəkkürümüzü ifadə edəcək nəsnənin təsir gücü, dolayısıyla təfəkkürümüzün təsirgücüdür. Təfəkkür zəhərli, zədəli və təhlükəli deyilsə, sağlam təsir gücünəmalikdir.

-Heç olubmu ki, söz adamıolmağınız üçün peşman olasınız?

-Bəzən peşmanlıq hissi olur. Məişət qayğıları,sosial çətinliklər güc gələndə naşükürlük edirəm. Amma dəqiq bilirəm ki, mən yasöz adamı ola bilərdim, ya da dəli olmalı idim. Çünki özümü başqa şəkildə ifadəedə bilməzdim. Xırda peşimanlıqları nəzərə almasaq, böyük mənada sözlə nəfəsaldığım, sözə könül vediyim üçün peşman deyiləm. Başıma gələn ən yaxşı iş,yazmağı bacarmağım, özümü sözlə ifadə edə bilməyimdir.

-Bir yazıçının, şairin sosialdurumunu yaxşılaşdırmaq üçün dünya ədəbi mühitində hansı təcrübələrlə tanışsınız?

-Dünyada müxtəlif ictimai təşkilatlar, bəzən birbaşadövlətin özü yaradıcılıqla məşğul olan insanlara dəstək verir. Amma əsas dəstəkölkədə kitab sənayesini, kitab bazarını inkişaf etdirməkdir. Dünyada sosial vəziyyətinormal olan əksər yazıçılar kitab satışından qazanır. Eyni zamanda dərgilərdən,qəzetlərdən, saytlardan və ya qatıldıqları televiziya proqramlarından yüksək səviyyədəqonarar alırlar. Məncə yazıçı hansısa təqaüdlər, kitab satışından gələn qazanc,yazılardan alınan qonararlar hesabına yaşamalı, həyatını qurmalıdır.

-Niyə bizim ədəbiyyat üzə Nobelmükafatçımız yoxdur?

-Nobel ədəbiyyat və sülh mükafatları kifayət qədərsiyasiləşmiş mükafatlardır. Əslində Nobel mükafatı barədə çox danışmaq, çoxlu səbəblər,izahatlar vermək olar. Ədəbiyyatda Nobel qazanmaqdansa, bu ölkənin daha ciddiuğurlara ehtiyacı var. Eyni sualı mən sizə başqa formada ünvanlaya bilərəm: Niyəkimyada, iqtisadiyyatda, tibb sahəsində Nobel mükafatçımız yoxdur?

-Kitabın, qəzetin, jurnalın müasirtexnologiyanın imkanlarına uduzduğunu qəbul edirsinizmi? Yoxsa bu belə deyil?

-Məncə kitab heç zaman müasir texnalogiyayauduzmayacaq. Əksinə texnalogiyanın inkişafı, kitabın da inkişafınıstimullaşdıracaq. Ola bilsin qəzet və jurnal elektron mediaya uduza bilər, ammakitab əsla uduzmayacaq. Çünki, heç bir elektron kitab, kağız kitabın yerinivermir. Lyosanın "Ədəbiyyatsız dünya necəolardı?” adlı məşhur essesində bu barədə maraqlı fikirlər var. Lyosanın essedəsəsləndirdiyi fikirlərə söykənərək bildirirəm ki, hansısa gözəl şeiri, maraqlı romanımonitordan oxumaq həssas oxucuya zövq verməyəcək. Əsl mütailə zövqü kitablabağlıdır və kağız kitab elektron kitaba, müasir texnalogiyaya uduzmayacaq.

-Belə bir fikir var ki, oxucudançox yazıçı var... Bu fikrə münasibətiniz necədir?

-Mən belə düşünmürəm. Hardadır o yazıçılar? Varsaniyə cəmiyyətdə, ictimai sferada onları görmürük? Sadəcə ölkə kiçik, kitabamaraq az olduğu üçün yazanların sayı çox görünür. Təbii ki, mən hansısa mənasızbir təşkilatın çoxminli, məzmunsuz üzvlərini nəzərdə tutmuram. Təbii ki, qohum-əqrəbasınınhesabına qonarar alan mikroskopik varlıqları nəzərdə tutmuram. "Ölkədə oxucudançox yazıçı var” deyənlərin əksəriyyəti ardıcıl on yazıçı, on əsər adı çəkə bilməyəcəkadamlardır. Düşünürəm ki, ölkədə yazıçıda, oxucu da azdır. Kaş ki, yazıçı da, oxucu da çox olsun. Bundan yalnız ədəbiyyatımızvə mədəniyyətimiz qazanar.

-Azərbaycan ədəbiyyatındanoxuduğunuz və təsirləndiyiniz imzalar...

-Siyahı çox uzundur. Deyə bilərəm ki, mənə qədəryaşamış, mənimlə eyni dövrdə yaşayan və oxduğum bütün yazıçıların az-çox mənə təsirivar.

-Knut Hamsun təbirincə desək ədəbiyyatalçaq insanların da könlündə yüksək zirvələrə layiqdir. Bəlkə ədəbiyyatınböyüklüyü də bundadır?

-Hamsunun bu fikrinə qatılmıram. Alçaqların könlündəədəbiyyat ola bilməz. Buna qətiyyən inanmıram.

-Özünüzü bir sözlə ifadə etsəydiniz, bu hansı sözolardı?

-Kədər.

-Qaranlıq, yoxsa işıq?

-Alatoran.

-Yaradılış haqqında düşüncələriniz...

-Bu barədə düşüncələrimi bu müsahibədə bölüşmək istəməzdim.

-Dünya ədəbiyyatındanhal-hazırda oxuduğunuz əsərlər...

-Hazırda Cozef Frankın "Dostoyevski – Çağının biryazarı” adlı bioqrafiyasını oxuyuram. Tərcümə və redaktə məni mütaliə ləzzətindənnisbətən məhrum etsə də, yenə də özümü yaxşı oxucu sayıram. Hər gün mütəmadioxuyuram.

-Son olaraq söz haqqındasözünüz...

-Ver sözəehya ki, tutduqca səni xabi-əcəl

Edə hər saət səni ol uyqudan bidar söz.


Müsahibə 19 dekabr 2017-ci ildəyazılı şəkildə götürülmüşdür.

Söhbətləşdi : Tural Cəfərli