adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Sentyabr 2017 16:47
22307
SİYASƏT

SÖZ SİLAHDIR

Donald Tramp ABŞ prezidenti postunayiyələndikdən sonra Şimali Koreyanın adı onun dilindən və dünya ictimaifikrinin gündəmindən düşmək bilmir. Əslində, dünyanın bu ən qapalı ölkəsisiyasi, iqtisadi, mədəni potensial ilə adları ara-sıra hərbi çevrilişlər vəaclıq səbəbindən xəbər lentlərinə düşən üçüncü dünya ölkələrindən heç nə iləfərqlənmir. Ancaq Şimali Koreya öz tay-tuşları arasındakı bir üstün cəhətinə -hərbi arsenalındakı atom bombasına görə həmişə beynəlxalq aləmin diqqətmərkəzində olub. Son aylarda həmin ölkəni bir az da məşhurlaşdıran, siyasiçəkisini artıran başlıca amil elə Trampın özü, daha doğrusu, dünyanın birnömrəli siyasi kürsüsündə əyləşən şəxsin açıqlamalarıdır. Məsələ burasındadırki, Tramp hələ prezidentliyə namizəd olduğu vaxtlarda öz qeyri-adi hərəkətlərivə ölçüsüz-biçisiz danışıqları ilə gündəmi tez-tez zəbt edirdi. Razılaşaq ki,onun seçki marafonunu uğurla başa vurmasında həmin amilin rolu heç də sonuncuolmadı. Amerika siyasətçiləri seçiləri ilə nə qədər açıq və səmimi rəftareləsələr də, adətən, öz ütülü leksikonlarında siyasi-diplomatik normaların əndazəniaşmasına yol vermirlər. Tramp bu streotipləri dağıtdı. Əvvəl-əvvəl çoxları bunu seçki ovqatına köklənmiş birtaktika sayır və düşünürdülər ki, prezidentin leksikası zamanla öz məcrasınadüşəcək və düşməlidir də. Çünki prezident kürsüsü mitinq kürsüsü deyil,bütün dünya hər gün qulaqlarını şəkləyib burdan –dünyanın bu bir nömrəli kürsüsündən deyilən sözləri gözləyir. Ancaq zaman sürətlə irəliləsə də, Trampın leksikasısı dəyişmiək bilmir. Odur ki, hələlik ABŞ adminstrasiyasınınbir çox rəsmilərinin əsas vəzifəsi dah çox öz prezidentlərinin ifadələriniyumşaltmaq, onların başqa məna çalarlarını tapmaq, fərqli yozumlarını verməküstündə baş sındırmaqdan ibarətdir.

BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışızamanı da üslubuna sadiq qalan Tramp növbəti dəfə Şimali Koreyanı yaş yuyubquru sərdi. O, ifadələrində bütün diplomatik etiket qaydalarından kənaraçıxaraq, rəqibini və həmkarını sözün həqiqi mənasında cin atına mindirdi. Kim Çenİn nə qədər öz müti ölkəsinin hakimi-mütləqi olsa da, canının qədrini bilən vəgücünə yaxşı bələd olan birisidir. Bir az aşağıda da görəcəyik ki, onun atomdemarşlarının gün-gündən isterik həddə çatması əslində, gücsüzlüyündən doğanqorxu hissilə bağlıdır.

Baş Assambleyadakı çıxışında Tramp bəyan elədi ki,əgər onun ölkəsinə və müttəfiqlərinə qarşı hər hansı bir təhlükə baş verərsə,Şimali Koreyanı büstbütün məhv edəcək. Bundan bir müddət əvvəlsə o, tvitterdəŞimali Koreya prezidentini «intihar missiyasını yerinə yetirən raket adam»adlandırmış, daha sonra isə yazmışdı:"Kim Çen İr öz xalqını öldürən, acından qıran dəlidir. O indiyə kimigörmədiyi günlər yaşamalı olacaq.” Yenə də prezidentin sözlərinə şərh verməkməcburiyyəti yaranmış və bu dəfə adının açıqlanmasını istəməyən adminstrasiyayetkililərindən biri Tampın diplomatik leksikadan kənara çıxmasının başlıcasəbəbindən danışaraq demişdi ki, o öz fikrini KXDR liderinə daha yaxşıçatdırmaq üçün belə ifadələr işlədib. "Dövlət başçısı həqiqətən bu oğlanınnəzərinə çatdırmaq istəyir ki, bizim sözlərimizi ciddi qəbul etmək lazımdır» -deyə naməlum yetkili "oğlan” ifadəsilə qaş düzəldən yerdə vurub göz dəçıxardıb.

Kim Çen İr-inTrampa və onun "şərhçisi”nə cavabıözünü çox ləngitməyib. Cümə günü televiziya vasitəsilə əhaliyə müraciət edənprezident bildirib ki, ABŞ prezidentinin bu sözləri əslində tarixin ən amansızvə vəhşi müharibə elanıdır. Biz də buna qarşı tarixdə görünməmiş sərt tədbirlərgörəcək, öz imkanlarımızdan maksimum istifadə edəcəyik. O daha sonra əlavə edibki, bu cür ritorika ölkənin nüvə raketləri ilə bağlı mövcud proqramını daha da inkişafetdirmək zərurətini təsdiq edir."Trapmın sözləri məni qorxutmadı, (əslində, qorxudub -red.) amma inandırdıki, seçdiyim yol yeganə düzgün yoldur”, - deyə Kim Çen İn bildirib. – Bu cürağılsız bəyanatlar ona baha başa gələcək. Mən bu psixi xəstə qocanı mütləqodla-atəşlə başa salacam ”. Nəhayət, o, Trampı xuliqan, quldur və ağılsızmarazmatik adlandırıb.

KXDR-nın Xarici işlər naziri Li Yön Ho da öznövbəsində ABŞ prezidentinin Şimali Koreyanı məhv edəcəyi ilə bağlı sözlərinəsərt və təhqiramiz cavab verib. BMT Baş Assambleyasında çıxış etmək üçünNyu-Yorka gələn nazirin Tramp haqqında dedikləri Koreya dilindən tərcümədətəxminən belə alınır: "İt hürər karvan keçər”.

Trampın bu cür qeyri-diplomatik çıxışlarına ŞlmaliKoreyadan sərt reaksiyalar verilməsi təbiidir. Üstəlik, heç kim nə Kim Çenİndən, nə də onun ölkəsinin hər hansıbaşqa rəsmi şəxsindən adi etiketqaydalarına əməl edilməsini belə ummur. Hamı bilir ki, kəfəni əynində gəzən budəlisov oğlan özünü öz şəxsi hakimiyyətindən başqa heç nəyin və heç kimin qarşısında məsuliyyətli saymadığınagörə dar ayaqda ən ağılsız addımlar atmaqdan belə çəkinməyəcək. Atası və babasıkimi onu da nə dünyanın, nə öz ölkəsinin, yəni bir hissəsi yalnız fərqliidarəçilik hesabına cənnətə dönmüş Koreya yarımadasının özlərinə aid cəhənnəmhissəsinin, nə də sağkən meyitə döndərilmiş doğma xalqının taleyimaraqlandırır. Belələri son anda ən ağılsız addımlar atmağa "uf” demədənhazırdılar. Şimali Koreyada isə nə olmasa da belə ağılsız addımlar atmaq imkanının olduğunuAmerikada bilməyən yoxdur.

Odur ki, bu cür ritorika ilə əslində odla oynayanTramp öz vətənində də sərt təpkilərə məruz qalır. Son söz demarşına kəskinmünasibət göstərənlərdən biri də elə onun prezident seçkilərindəki əsas rəqibiHillari Klinton olub. Klinton Trampı öz sözlərinə diqqət yetirməyə və xüsusiləKXDR kimi qorxulu bir mövzuda danışarkən sözlərini ölüb-biçməyə çağırıb."Biz onun davarınışını həm müttəfiqlərimizə, həm ölkəmizə, həm də regionaböyük təhlükə sayırıq. Kim Çen İndən gələn təhlükəyə son qoymaq lazımıdr, onu«raket adam» adlandırmaq yox”, - deyə Klinton bildirib.

BMT-nin baş katibi Antoni Quterres də BaşAssambleyadakı çıxışında bu problemə geniş yer ayırıb. O, məsələ ətrafında açıqdanışmasa da, sözlərindən hiss olunur ki, bu cür söz atışması heç ürəyincədeyil. «Bu gün nüvə silahıyla bağlı təhlükə soyuq müharibədən sonrakı ən yüksəknöqtəyə çatıb. Milyonlarla insan daim Koreya Xalq Demokratik Respublikasınıntörətdiyi nüvə və raket silahlarının qorxusu altında yaşayır. KXDR-in beləağılsız hərəkətləri orda acından ölən insanların həyatını qətiyyənyaxşılaşdırmır» – deyə Quterres sözünə bildirib.

M.Məmmədov