adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Sentyabr 2018 13:54
30493
ƏDƏBİYYAT

Söyüş söymək mədəniyyətsizlik deyil…?!

Ünsiyyətdə olarkən, sosial şəbəkələrdə hər hansıstatusa söyüşlə cavab verən adamlar olur. Söyüş söymək hansı ehtiyacdanyaranır? İnsanlar niyə söyüş söyür? Ümumiyyətlə, söyüş normaldırmı? Ədəbiyyatdasöyüşə, vulqar ifadələrə yer verilməlidirmi?

Adalet.az bu barədə sorğu keçirib. Cavabları təqdimedirik:


Yazıçı Səfər Alışarlı: "Əslində, söyüş insan həyatına orqanik şəkildə daxil olmuş münasibət,özünüifadə formasıdır. Mən uşaq vaxtlarımda kənddə kişilərin, arvadların söyüşsöyməsini çox eşitmişəm. O vaxtlar mənə elə gəlirdi ki, söyüş söyməkmədəniyyətsizlik əlamətidir. Böyüdükcə söyüşləri unutmağa başladım. Ancaqrusların bütün səviyyələrdə söyməyə davam etdiyinin şahidi oldum. (Mən bunu"Avqust” hekayəmdə yazmışam.) Anladım ki, söymək mədəniyyətsizlik əlamətideyil. Əgər bir millətin leksikonundan söyüş tamam yox olubsa, deməli, o millətmüəyyən qədər sterilləşdirilib: bu, qazanc deyil, itkidir.

1988-ci ildərəhmətlik dostum Ağamalı Sadiq Əfəndi ilə tanış olana qədər mən bütün ömrümüsöyüşsüz, "qulturnu” bir oğlan kimi yaşamışdım. Ağamalı leksikonunda söyüşüfikrin arasına yağ kimi soxurdu və fikir dərhal qanadlanıb daha tez mətləbəçatırdı. Bu mənada mən uşaqlıq illərimin təcrübəsi üzərində ondan bəzi şeyləröyrənmişəm.

Bədiiədəbiyyatda söyüş işlənir. O, obrazın xarakterinin açılmasına xidmət edir. Əgərdoğrudan da söyüş situasiyaya və obrazın düşüncə səviyyəsinə görə işlədilirsə,mən orada qeyri-adi bir şey görmürəm.”



Yazıçı, publisist Allahverdi Eminov:"Söyüşün iki növü var, şərti mənada. Mahiyyətcə fəlsəfəsivar. Biri var kimi söyürsən, burda təbii ki, mənəvi inciklikdən və sosialnarazlıqdan yaranır. Birincidədaixlən özündən inciyirsən, bir az da pessimizə qapılırsan. Sosial mənada isə təbiiki, maddi çətinliklərlə bağlıdır. Hətta bəzən yolla gedəndə insanlarındanışa-danışa getdiyinin şahidi olursan. Hiss edirsən ki, kiminsə ardıncadanışır yaxud da söyür. Ümmiyətlə əxlaqi baxımdan söyüş məqbul sayılmalıdır. Çünkibunun təbiətində ikrah, ciddi narazlıq kimi əlamətlər olur. Birdə ki, söyüşün"özündən daha kəskin” tənələrlə əvəz etmək olar. Ədəbiyyatda isə bu yolverilməzdir.Çox təssüf ki, son illərdə ədəbi söyüşlər mətbuatda yer alır. Əsəri bəhanə edibədəbi şəxsiyyətləri söyürlər. Məsələn, mən sovet dönəmində Əkrəm Əylislininmüsahibəsində belə bir cümləni oxudum: "Süleyman Rüstəm dəyysudur.” Sabiq xalqyazıçısı üçün bu əlbəttə yol verilməzdir. Gənclərə gəldikdə isə bəziləri özyaradıcılıqlarına o qədər vurğundular ki, bəyənmədiyi əsəri yox, müəllifi söyüşəqonaq edirlər. Bunlar özlərindən bədgüman yazarlardır.”


Tənqidçi Əsəd Cahangir: "Söyuş söymək ruhun natəmizliyi və tərbiyəsizlikdən yaranır.
İnsan aciz olanda söyüş söyür. Söyüş qeyri-normaldır və insana yaraşmır. Ədəbiyyata söyüşə ancaq obrazın dilində yer vemək olar.












Yazıçı Murad Köhnəqala:"İstənilənmillətin dilində söyüş ifadələri, vulqar sözlər var. Düşünürəm, söyüş söyməkacığı yatırtmaq üçün yaxşı vasitələrdən biridi.

Bizim tərəflərdə, yəni ölkəninqərb bölgəsində söyüş o qədər də ciddiyə alınmır. Ancaq elə bölgələrimiz var,orda adi söyüş üstündə qan salırlar. Kimsə acıqlanıb kimisə söyə bilər, ancaqonun qarnına bıçaq soxub öldürmək vəhşilikdi. Söyüşənləri üzr istəməkləbarışdırırsan, məsələ bitir. İki söyüşənin birini qəbirə, o birini türməyəgöndərməyin tərəfdarı deyiləm. Haqsız və yersiz söyüşün də tərəfdarı deyiləm.

Məsələn, söyüşlü anekdotuolduğu kimi söyləməsən ləzzəti itir. Qaldı ki, bədii mətndə söyüş, adətən,personajın dilindən səslənir. Yerinə düşərsə işlətmək olar. Ancaq müəllifin özdilindən söyüş yazmasını qəbul eləmirəm. Söyüş sözləri də dilin tərkibhissəsidi. O boytdana Puşkin rus dilindəki söyüşləri yığıb kitab eləmişdi.”




Yazıçı Pərviz Cəbrayıl:"Söyüş ifadə edənsözlər də dilin lüğət tərkibinə daxildi. Əxlaq, etik qaydalar onu zirzəmidəyerləşdirib. Söyüş evin dəlisi kimidi, söyüş bəd it kimidi, söyüş işlənməsiyasaq olan silah kimidi. Bəzən insanın qəzəbi o həddə çatır ki, dəli zirzəmininqapısını, bəd it zəncirini qırır, yasaq silah ilşətməkdən başqa yol qalmır.

Ədəbiyyat isəkinə, qəzəbə qarşıdı, sülh carçısıdı, sağlamlığın tərəfindədi. Bir obrazınqəzəbini göstərmək üçün yazıçının əlində onlarla ifadə vasitəsi, fənd var.

Əlbəttə, söyüşlü mətnlər oxucuya ləzzət verir, öz üəriyndəkiləri onunyerinə deyən yazıçını, mətni sevir, ancaq məgər məqsəd oxucunun həzzidirmi?Narkotik də həzz verir, elə isə onu da təbliğ etməliyikmi? Ədəbiyyat daha böyükmətləblər üçündü. Dostoyevski söyüşsüz də böyük yazıçı ola bilibsə, demək, ucuzyola qaçmadan da yazıçı olmaq olar.



Yazıçı Qan Turalı: "Söyüş dilin bir hissəsidir, dildə var. Buna görə də mövcud olan bir görsənişi anormal adlandırmaq olmaz.

Ədəbiyyatda söyüş olar, ya olmaz sualına min dəfə cavab vermişik. Konteksə uyğun olaraq, məzmun olaraq hər şey mümkündür. Sənət azad fəaliyyət sahəsidir."








Telejurnalist ElçinƏlibəyli: "Söyüş emosiyanın ifadəsidir. Tədricən söyüş adiləşirvə bir qədər də intimləşir. Bir nəfəri çox söydükcə o doğmalaşır. Ədəbiyyatdaisə olduqca normaldır və belə də olmalıdır. Həyat gerçəkliyini əks etdirirsə bədiiədəbiyyatda ondan qaçmaq olmaz. Hələ bizdə söyüş qeyri-adi qəbul olunur, dünya ədəbiyyatında,kinosunda və məişətində bu artıq adi, ümumişlək sözlərdir və buna heç kimemosional yanaşmır. Əsas söz yox, hərəkətdir. Biz isə şərqli kimi hərəkətdənçox, sözə önəm veririk. Türk təfəkkürü belə olmayıb və söyüş adi sayılıb. Bugün kəndlərimizdə buna çox rahat baxırlar. Hərəkət pis qəbul olunur. Baxın,dilimizdə əsl türk sözləri fellərdir. Yəni hərəkət önəmlidir. Nə deməyin fərqiyoxdur, necə deməyin isə böyük təsiri var.





Azvision.az saytınınbaş redaktoru Vüsal Məmmədov: "Söyüş – özünüifadənin ən primitiv vəən asan formasıdır. İstənilən başqa bir ifadə forması üçün intellektualresurslar tələb olunur. Məsələn, bir gənc aşiq olanda şeir yazmağa cəhd edir.Niyə məhz şeir? Çünki şairlik – istedadın ən primitiv formasıdır. Musiqi bəstələmək,rəsm çəkmək, heykəl yonmaq daha çətin, xüsusi biliklər və fərqli istedad tələbedən formalardır, şeir isə yox. Söyüş də təxminən belə bir şeydir: öz fikir vəemosiyalarını mədəni çərçivəni gözləməklə təsirli, effektiv formada ifadə etməküçün əvvəla, müəyyən resurslar lazımdır, ikincisi, həmin resurslarıkonstruksiya etmək üçün enerji sərf olunmalıdır. Milyonlarla neyronda elektrikimpulsları qaçışmalıdır ki, biz hansısa fikrimizi effektiv formada çatdıra bilək.Amma söyüş hazır güclü şablondur. Heç bir intellektual zəhmət və düşüncə,enerji sərfi tələb etmir. Buna görə də, fikir versəniz, aşağı təbəqədən olanlardaha çox söyürlər, çünki onların beyni mürəkkəb linqvistik konstruksiyalarlaişləyə bilmir. Mövcud ifadə vasitələrindən onlar üçün ən təsirlisi və eynizamanda, həm də əlçatan olanı söyüşdür. Kübar insanlar isə söyüşdən istifadəetmir, fəqət olduqca mədəni sözlərlə fikirlərini elə çatdırırlar ki, istənilənsöyüşdən qat-qat təsirli olur. Bu, "qara camaat” dediyimiz kütlənin əqliimkanları xaricində olduğu üçün, onlar təsirli ifadə vasitələrinin içində ən azresurs tələb edənini - yəni söyüşü seçirlər.



Yazar Alpay Azər: "Söyüş daha çoxemosiyadan doğur. İnsanlar dalaşanda da söyüş söyürlər və Azərbaycanın elə bölgələrivar ki, orda söyüşdən zarafat kimi istifadə edənlər də olur. Mənə görə, insansöyüş söyməməlidir və mənimçün ən böyük adam ən emosianal anında belə özünüsöyüş söyməkdən saxlaya biləndir. Öz hekayələrimdə söyüşdən mümkün qədərçalışırsam uzaq olum, amma bəzən bu, məndə alınmır. Xüsusən, dialoqlardaemosional vəziyyət pik həddinə çatanda, obrazlarım söyüş söyməyə bilmir.”



Yazar Günel Natiq: "Söyüş etik qaydalaraziddir. Hər hansı bir situasiyanı dialoqun köməyilə yoluna qoymaq olar, deməkistərdim, amma təəssüf ki, deyə bilməyəcəyəm, çünki sivil ünsiyyətdən çoxlarıanlamır. İndi insanların əsəbləri tarıma çəkilib, gərginlik yüksək həddədir.Ona görə səbrlə dialoqa girmək müşkülə çevrilir. Bir də əgər qarşısındakınadandırsa və heç cür səni anlamaq istəmirsə, başqa yol qalmır. Belə ifadələrişlədən adamları bəzən anlayıram, amma küll halında söyüşün əleyhinəyəm. Nəinkiqadınların, kişilərin də söyüş söyməyinə tənəylə baxıram. Kişilərin qadınlarınyanında qeyri-etik ifadələrə yol verməyi isə lap dözülməzdir. Belə kişilərgözümdən tez düşür, onlar nəzərimdə özlərinin işlətdiyi vulqar ifadələrləassosiasiya olunur. O ki qaldı ədəbiyyatda belə ifadələrin işlədilməsinə, bulabüddür. Ədəbiyyat real həyatı əks etdirir. Reallığı ifadə edəndə təbii ki,belə vulqar ifadələr ortaya çıxır. Özüm hekayələrimdə belə ifadələri çoxehtiyatla işlədirəm, hətta demək olar ki, istifadə etmirəm.”