adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Sentyabr 2014 15:04
12977
SAĞLAMLIQ

Soyuq duşa diqqət!

Soyuq duş ilk andan bədənimizə işgəncə təsiri bağışlasa da, əslində çoxfaydaları var.  Həmin faydalardan diqqətinizçatdıraq ki, aşağıdakılara ehtiyacı olanlar istifadə etsinlər:

Əvvəla maddələr mübadiləsini tənzimləyir. Soyuq su insanı titrəməyə məruzqoyduğu üçün metobolik sürəti artırır və maddələr mübadiləsini aktivləşdirir.

Qan dövriyyəsini düzəldir. Çünki soyuq su qan damarlarını daraldır. Buda qanın axma sürətini azaldır, nəticədə yüksək təzyiqi önləyir.

Arıqladır. Vücud soyuğa məruz qaldıqda isinmək üçün daha artıq enerji tələbedir. İsinməyə çalışan orqanizm daha çox yağ yandırır və bu da nəticədəarıqladır.

Bədənin hərarətini tənzimləyir. Əgər xronik olaraq qızdırmadan və ya əl-ayaqsoyuqlaşmasından əziyyət çəkirsinizsə, yaxud çox tərləyirsinizsə, soyuq sudanfaydalanın.

Depressiyanı aradan qaldırır. Tədqiqatlar göstərib ki, soyuq su, beynin"mavi nöqtə” deyilən hissəsini xəbərdarlıq edir. Həmin hissə noradrenalin maddəsiifraz edir ki, o da antidepresant hesab edilir.

Nəfəsi dərinləşdirir. Soyuq su ciyərləri açır. Müntəzəm soyuq duşalanlar idman edərkən və ya fiziki işlə məşğul olarkən daha az yorulurlar.

Dərini və saçı parıldadır. İsti su isə, əksinə, qurudur. Üstəlik soyuqsu dəridəki məsamələri daraltdığı üçün iltihablanmanın və sızanaqlarınqarşısını alır.

Soyuq su, xüsusən də yuxuda gəzmə xəstəliyi olanlar üçün çoxyararlıdır.

Amma diqqətdə saxlamaq lazımdır ki, soyuq duşa dərhal keçid etməkziyanlıdır. Bu əks təsir verə bilər. Soyuq suya keçid tədricən olmalı və nəhayətbədən buna alışmalıdır.