Sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənə bilər
Azərbaycanda sosial şəbəkələri və bloqqer fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.
Adalet.az xəbər verir ki, belə bir təşəbbüslə Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.
Deputat bildirib ki, bu gün dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.
Deputat Hikmət Məmmədov (Babaoğlu) təklifi dəstəkləyib. O, bildirib ki, bu sahədə qanunvericilik bazası baxımından dünyada çox az praktika var: "Artıq Türkiyədə də bununla bağlı qanunvericilik bazası hazırlanır. Əgər razılıq olarsa, Əflatun müəllimlə birgə belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərik”.
Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov təşəbbüsü dəstəkləyərək bildirib ki, bu sahədə xaos hökm sürür: "Kim nə istəyir onu yazır. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35