"Sosial şəbəkələrdə "mükafat qazandınız" kimi vədlərə inanmayın" - DİN
Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, "bonus", "lotereya", "mükafat qazandınız" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir:
"Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.
Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi", "hesabınız dondurulub" və ya "kartınız bloklanıb" kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin".
Digər Xəbərlər
11 Noyabr 2025 12:09
“Bu raketlərin əldə edilməsi döyüş potensialını kifayət qədər artıracaq”
11 Noyabr 2025 10:00
Azərbaycan bu ölkələrdən silah alır - SİYAHI
11 Noyabr 2025 08:56
Azyaşlılar üzərindən pul qazananlar - VİDEO
11 Noyabr 2025 08:50
Sahibkarlardan pul yığan şəxslər peyda olublar: Sənədlərə məcburi imza atdırırlar - VİDEO
11 Noyabr 2025 08:48
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir?
11 Noyabr 2025 08:36
Pakistanlı hərbçilərin paradda azyaşlıya reaksiyası maraq doğurdu - VİDEO
11 Noyabr 2025 08:32
“Xudayar, Zəngilandayıq, salam de” - VİDEO
10 Noyabr 2025 16:15


Bakı -°C

