"Biz Azərbaycanda həm də medianın inkişafını dəstəkləyirik" - "Euronews"un direktoru
"Euronews"un Bakı Ofisinin direktoru Fernando Soares bildirib ki, qurum Azərbaycana yalnız öz mədəniyyətini, turizm və biznesini dünyada tanıtmağa dəstək vermir, eyni zamanda, medianın inkişafını dəstəkləyir.
Adalet.az xəbər verir ki, F.Soares bu barədə Bakıda "Euronews Academy" təlim proqramının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Euronews Academy" təlim proqramının açılışı ölkədə medianın inkişafına dəstək vermək istiqamətində atılan çox vacib bir addımdır.
F.Soares bu gün Bakıda olmağın və belə bir proqramın açılışını etməyin onun üçün böyük bir şərəf olduğunu vurğulayıb:
"Bu, işimizin çox vacib bir hissəsidir. Biz Azərbaycana yalnız öz mədəniyyətini, turizm və biznesini dünyada tanıtmağa dəstək vermirik, eyni zamanda, medianın inkişafını dəstəkləyirik və bu açılış mərasimi ölkədə media inkişafına dəstək vermək istiqamətində atdığımız çox vacib bir addımdır. Proqram TV jurnalistikası haqqında olacaq, xəbərlərin, xəbər bülletenlərinin hazırlanması və canlı yayımları əhatə edəcək".
Digər Xəbərlər
15 Yanvar 2026 12:32
Əhməd İsmayılov jurnalistləri dildən düzgün istifadəyə çağırdı
13 Yanvar 2026 16:58
“ARB"nin yayımı 3 saatlıq dayandırıldı
12 Yanvar 2026 09:04
MEDİA-nın yaradılmasından 5 İL ÖTÜR
09 Yanvar 2026 16:40
Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var - Natiq Məmmədli
09 Yanvar 2026 16:37
Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırıldı
01 Yanvar 2026 13:06
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb
29 Dekabr 2025 15:43
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
29 Dekabr 2025 14:04


Bakı -°C

