Sosial-İqtisadi Kollecdə “Məzun Günü”qeyd edildi - FOTOLAR
İyunun 28-də UNEC-in nəzdində Sosial-Iqtisadi Kollecdə “Məzun Günü” qeyd edildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra kollecin məzun tələbəsi,44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Mənsimov məzun tələbələrə həsr etdiyi mahnını səsləndirdi.
Adalet.az xəbər verir ki, tədbiri kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov açaraq tələbələri, onların valideyinlərini “Məzun Günü” münasibəti ilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Direktor daha sonra Kollecin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında ətraflı məlumat verərək bildirdi ki, bu il kollecin 430 məzunu var və onlar subbakalavr kimi gələcəkdə təhsillərini ali məktəblərdə davam etdimək imkanlarına malikdirlər. Kollecin Azərbaycan Dövlət İqtisad Universtetinin nəzdinə keçdikdən sonra cənab rektor,professor Ədalət Muradovun rəhbərliyi altında yeni,müasir təhsilin inkişafına göstərilən diqqət və qayğıdan da söhbət açdı.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev çıxışında bildirdi ki, UNEC-in nəzdində Sosial -İqtisadi Kollecdə təhsilin səviyyəsi çox yüksəkdir və tələbələr burada qazandıqları biliklərlə gələcəkdə ölkəmizin inkişafında öz töhfələrini verəcəklər.
Kollecin “Mühasibat Uçotu” şöbəsinin müdiri Şahgül Qardaşəliyev, Qiyabi şöbənin müdiri Elxan Məmmədov çıxış edərək məzunlara gələcəkdə bacarıqlı mütəxəssis kimi cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarını qeyd edərək uğurlar arzuladılar.
“Məzun Günü” bədii hissə ilə davam edib.
YOLUNUZ ACIQ OLSUN ƏZİZ MƏZUNLAR!
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

