adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Avqust 2019 12:14
10355
MƏMLƏKƏT

Sosial inkişaf və həssas qruplara yüksək qayğı naminə

Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşınınfiravanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Bu mənada Ulu öndərimizHeydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin uğurla davam etdirdiyi müdrik və uzaqgörən milli inkişafstrategiyası, reallaşdırılan geniş miqyaslı köklü islahatlar bu gün Azərbaycanınqüdrətli iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahibolmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə də çevrilməsinəsəbəb olub. Bu uğurlu siyasətdə, xüsusilə ölkəmizdə sosial siyasətin ildən-iləgüclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıqimkanları məhdud uşaqlara, aztəminatlıailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğınınartırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərindədaha da gücləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox geniş miqyası əhatəedən ardıcıl xidmətləri, yüksək humanizmi ehtiva edən nəcib, xeyirxah layihə vətəşəbbüsləri mühüm rola malikdir.

Məlum olduğu kimi, 2019-cu il sosial sahədə inqilabi islahatlar ilinəçevrilib. Belə ki, Prezident cənab İlham Əliyevin 2019-cu ilin ötən dövründə təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqınıniki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərinorta hesabla 100 faiz artırılmasınaimkan verib. Dövlət sektorundaişləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətlişəkildə artırılıb. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığınason qoyulmaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinəgötürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın,nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstək olub. Azərbaycanda sosial inkişafa təkan verən buinqilabi islahatlar paketinin hazırlanması prosesində Birinci vitse-prezident,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fəal iştirak edərək,islahatların realllaşdırılmasında öz mühüm dəstəyini göstərib.


Dövlət sosial xidmətlərinin vətəndaşlara "bir pəncərə”dən daha yaxınvə əlçatan, tam şəffaf mühitdə qurulması üçün Mehriban xanım Əliyevanın təşəbbüslərindənbiridir. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı bu təşəbbüsünicrasına imkan verib. Fərmanın icrası olaraq, DOST konsepsiyasınınreallaşdırılması üçün əsas sənədlərin hazırlanması prosesi Birincivitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qısa müddətdə vəuğurla başa çatdırıldı. Beləliklə, 09 may 2019-cu il tarixdə Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyindəDOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəziaçıldı.

Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanıniştirak etdiyi açılışda dövlətimizin başçısı "Bizim siyasətimiz demək olar ki,DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğaqarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması,könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əksetdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik,islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafınaxidmət göstərəcək” deyə bəyan etdi.

DOST mərkəzində 130-dan çox elektron xidmət göstərilir. Bunlarınsırasına "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”,"Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər vəövladlığa götürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”,"Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”,"Bank və notarius xidmətləri” və digər xidmətlər daxildir. May ayında açılşıolan DOST mərkəzinin xidmətlərindən artıq 23 avqusta kimi 27 mindən çox vətəndaş faydalanıb. DOST xidmətlərindən tamməmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq 4 faiz təşkil edir.

2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31DOST mərkəzinin açılması nəzərdə tutulub.

Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqaməti dövlətuşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindənməhrum gənclərin qayğı ilə əhatə olunması, onların layiqli gələcəyinin təminedilməsidir. Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq, Heydər ƏliyevFondunun sosial əhəmiyyətli layihəsi kimi,Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək həmin gənclərinistifadəsinə verilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi”kimi fəaliyyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub.Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir.Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrindəəyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsilaldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Bütün mənzillərlazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilətəchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb.

"Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı da diqqətdəsaxlanılır. Onlardan işaxtaran şəxslərin müəssisənin özündəki ictimai-iaşə vəs. iş yerlərində, həmçinin yaxınlıqda yerləşən müxtəlif müəssisələrdə münasibişlərlə təminatı həyata keçirilir. Yeni mənzillə təmin edilən gənclərin böyükhissəsi ailə qurub. İndi burada 207 ailə, 300-ə yaxın uşaq, ümumilikdə 850-dək insan yaşayır. "Məzunevi” üçün 4-cü binanın da tikintisinə artıqbaşlanıb. Nazirliyinin dəstəyi ilə "Məzun evi”ndə xalça və tikiş sexləri dəyaradılıb. Müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşəhazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təminolunublar. "Məzun evi” Azərbaycan dövlətinin hər bir vətəndaşının yanındaolduğunu, valideyn himayəsindən məhrum olan gənclərin də məhz ən böyükdayağının - dövlət olduğunu bir daha təsdiqedir.

Məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsi, yaşayış şəraitlərininyaxşılaşdırılması Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətininmühüm tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanda qaçqınlar və məcburiköçkünlərlə iş sahəsindəki dövlət siyasəti, onların sosial problemlərinin həlliistiqamətində görülən işlər bu gün beynəlxalq səviyyədə bir nümunə kimi göstərilir. Birinci vitse-prezident xanım MehribanƏliyevanın fəaliyyətinin başlıca istiqamətlərindən biri də məhz məcburi köçkünlərinsosial problemlərinin həllinə yönəlib. Cari ilin aprel ayında Birincivitse-prezident Mehriban Əliyeva Azərbaycan Tibb Universitetinin 4 saylıyataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayışkompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə deyib: "Prezident İlhamƏliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınlarınyaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlərgörülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə bir il ərzində 6min mənzil təhvil veriləcək. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zamansizin yanınızdayam. Bu, mənim borcumdur”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlhamƏliyevin uğurlu siyasəti ölkəmizin hərbi gücünün artırılmasına imkan verib.2016-cı ilin aprel döyüşlərində qazanılan qələbə də Ordumuzun güclü ordularsırasında olduğunu təsdiq etdi. Həmin döyüşlərdə Ordumuz Ermənistan silahlıqüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətləəks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağınıişğaldan azad etdi. Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı ilə şəhid ailələri, o cümlədən aprel döyüşlərindəqəhrəmancasına həlak olmuş Vətən övladlarının ailələri və bu döyüşlərdəyaralanmış hərbçilər etibarlı sosial müdafiə və reabilitasiya sistemi ilə əhatəolunublar. Aprel döyüşlərində əlil olmuş hərbçilərimizin reabilitasiyası AzərbaycanRespublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentiMehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olundu. Mehribanxanım Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgərvə zabiti ilə görüşündə demişdi: "Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdəyaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycandövləti xüsusi diqqətlə yanaşır. Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız,xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir,dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövlətibütün lazımi addımları atmağa hazırdır”.

Ötən müddətdə bu sözlər əməli şəkildə uğurla öz təsdiqini tapdı. HeydərƏliyev Fondunun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərinyüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsiçərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya,İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərininyüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Cari ilin fevral ayında 30-dək hərbçidən ibarət dahabir qrup Qarabağ müharibəsi əlilinə də yüksək texnologiyalı reabilitasiya vasitələriverildi. Ötən 3 il ərzində layihə üzrə 100-dən çox zabit və əsgərimiz yüksək texnologiyalı protezlərlə təminolunub. Sevindirici haldır ki, reabilitasiya vasitələri ilə təminatdan sonra həminhərbçilərimiz yenidən aktiv həyata dönüblər, onları əmək fəaliyyətində, hərbixidmət sahələrində, ayrı-ayrı əlilliyi olan hərbçilərimiz paralimpiya idmannövlərində görmək hər kəsdə xoş və pozitiv hisslər yaradır.

Sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılması, onların sağlamlıqlarınınbərpasının, onların sosial inteqrasiyasının dəstəklənməsi Mehriban xanımƏliyevanın xeyirxah missiyasında mühüm yer tutur. Bunun əyani təzahürlərindənbiri kimi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyinəticəsində Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacıolan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlarüçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksəkstandartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.

Burada sınanmış müalicə metodlarından olan qum terapiyası, habeləartterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dənçox növdə reabilitasiya xidmətləri göstərilir. Onlar sosial mühitə oriyentasiyaməqsədli sınanmış tədris metodlarına,sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər.2019-cu ilin ötən dövründə 300-dən çox uşaq burada reabilitasya xidmətləri ilətəmin edilib, onlardan 200 nəfərdən çoxu uşaq serebral iflici olanlar,qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır. Ümumən, XüsusiQayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətəbaşladığı 2015-ci ilin oktyabr ayından bu vaxtaqədər müəssisədə 1450-dək uşağareabilitasiya xidmətləri göstərilib.

Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinininkişafı” proqramı uşaqlar üçün sosial xidmət müəssisələrində də müasir şəraitin yaradılmasına imkan verib. Həminproqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ənmüasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, həmin uşaqlarınfunksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişafetdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün genişimkanlar yaradılıb. Müəssisələrdəki uşaqlardan bir çoxu burada fəaliyyət göstərənmini emalatxanada öz bacarıqları müqabilində və əmək müəllimlərinin təlimi əsasındamüxtəlif növ (rəsm, tikmə, ağac üzərində oyma, sap və muncuqla toxuma və s.) əlişləri hazırlayırlar. Bu gün hər iki müəssisə nümunəvi dövlət uşaq müəssisələrikimi seçilirlər.

Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında icra olunan layihələrinbir istiqaməti də əlilliyi olan şəxslərincəmiyyətə inteqrasiya imkanlarının artırılmasına yönəlib. Məhdud fiziki imkanlışəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiyatexnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaqimkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn layihə çərçivəsindəötən dövrdə Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlax şəhərlərindəməhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb.Bu mərkəzlərdə gözdən əlilliyi olanların və görmə imkanları məhdud insanlarınİKT-dən istifadəsinə, internetə çıxış, internetdə informasiyanın tapılması vəs. üçün imkanlar mövcuddur.

Ümumilikdə əliliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərinsosial inteqrasiyasına dəstəkHeydərƏliyev Fondunun fəaliyyətində əhəmiyyətli yer tutur. Fond həmin gənclərin əl işlərindən ibarət sərgilərintəşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə, cəmiyyətə tanıdılmasına özmühüm dəstəyini göstərir. Fond tərəfindən sosial xidmət müəssisələrində, o cümlədənPensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində mütəmadi olaraqxeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara fərəhli hisslər bəxş edən tədbirlərdə təşkil olunur.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımƏliyevanın təşəbbüsü ilə ayrı-ayrı bayramlarda, əlamətdar günlərdə aztəminatlı ailələrə, yəni ünvanlı sosialyardımla əhatə olunmuş aztəminatlı ailələrəbayram sovqatlarıpaylanılır. Bir qədərəvvəl Qurban bayramı ilə əlaqədar da Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıvə bütün regionlar üzrə 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edildi,onlara qurban payları verildi.

Həssas qruplara bu qayğıkeşlik missiyası həmin qruplardan olanlarınözünüməşğulluğunun dəstəklənməsində də öz davamını tapır. Belə ki, Heydər Əliyev Fondu özünüməşğulluq proqramının icrası işlərində öz dəyərli dəstəyiniverir. Fondun "Regional İnkişaf” İctimai Birliyi iləimzalanan Memoranduma əsasən, 2018-ci ildə "Sosialbağlar” layihəsinin birinci mərhələsi kimi 125 ailənin proqram çərçivəsindəintensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarınınyaradılmasına dəstək göstərib. İmzalanan yeni Memorandumla layihənin ikincimərhələsi olaraq, 2019-cu ildə 250ailəyə bu sahədə dəstək verilməsi işləri aparılır.

Təbii ki,bütün bu qeyd olunanlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər ƏliyevFondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin ölkəmizdə sosialinkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə yüksəkqayğı, neçə-neçə aztəminatlı ailəyə sevinc və kimsəsizlərə gələcəyə böyük inamhissi bəxş etmək naminə çox genişmiqyasda ardıcıl və mühüm xidmətləri özündə ehtiva etdiyini göstərir. Həssasqruplarla bağlı xoşməramlı, nəcib layihələrin,xeyirxah təşəbbüslərin bir-birini əvəz etdiyi bu fəaliyyət azərbaycançılıq əqidəsininvə dövlətçiliyə dərin sədaqətin, millli inkişaf siyasətinə dəyərli töhfələrvermək əzminin, yüksək humanizmin, vətənpərvərliyin və öz xalqına sıxbağlılığın, bitib tükənməz xeyirxahlığınvəhdətinə əsaslanır.