adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2020 09:43
61249
GÜNDƏM

SORĞU: Döyüşə qadınlar getsinmi? - Maraqlı şərhlər...

AzərbayacanOrdusu şanlı Aprel, uğurlu Naxçıvan əməliyyatından sonra Ermənistan-Azərbaycansərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanısarsıdıcı zərbə alıb. İşğalçı ölkənin Silahlı Qüvvələri erməni xislətinə tamuyğun şəkildə yenə də mülki əhalini, yaşayış məntəqlərini iri çaplı silahlardanvə ağır artilleriya qurğularından intensiv atəşə tutdu. Təbii ki, ordumuz bu dəfədə işğalçıların cavanı layiqincə verdi.

Buna baxmayaraq, Tovuz istiqamətində gedəndöyüşlər insanları yenidən ordu sıralarına sövq etdi.

Predentİlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısınahəsr olunan iclasındakı çıxışında Orduya yazılmaq üçün könüllü müraciətlərin qəbuluilə bağlı çağırışından cəmi 3 gün keçməsinə baxmayaraq, rəsmi statistikaya görə, 40 minə yaxın könüllü qeydiyyatdan keçdi. Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə 22 iyula qədərkönüllülərinsayı 55130 nəfərdən artıq oldu və hazırda bu proses davam edir.

Adalet.azxəbər verir ki, Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovbildirdi ki, cəbhəyə könüllügetmək üçünmüraciət edən və qeydiyyataalınanlar arasında qadınlar da var.

Buməlumatda xalqımız tərəfindən alqışlansa da müxtəlif fikirlərsöyləyənlər, hətta qadınların müharibəyə cəlb edilərək, ön cəbhəyə getməsinəetiraz edələr də oldu.

Bumövzuda keçirdiyimiz sorğunun nəticələrini sizinlə bölüşürük:

ÜlviyyəFətəliyeva:-Dünya təcrübəsində var: muharibələrdə qadınlar iştirak edib. Eləcə də I Qarabağmüharibəsində çox sayda mərd qadınlarımız olub. Bu gün dəmüharibə olsa, mən gedərəm.

Elnur Hacıyev:- Qadinlarımızın muharibəmovzusu ...ele qadınlarımız var ki, çox kişilərdən urəklidi. Muharibədə doyuşməkcəsarət istəyir ...Cəsarətli olmaqcinsiyyət məsələsi deyil...Şukurlər olsun ki,ordumuz var, arxada əmr gözləyənminlərlə kişilər var ...Amma bizim kişiqeyrətli qadinlarımıza həmişə ehtiyacımız... Amma hələ ki, istəmirəmdöyüşəqadınlar getsin, hələ ki biz kişilər varıq! Çoxuq!

Firdovsi Məhyəddinov:- Döyüşən qadındeyəndə ilk ağlınıza gələn Tomris olur. Tomris xanım o vaxtkı döyüşçü qadınlarımızın neçə min ,neçə yüz nəfərindən biri idi ? Heç olmaya onlarla Tomris kimi qadın adları sayayaza bilərsinizmi ? Tomrislər tarixdə bir neçə qadın olublar uzaq başı , ohesabnan da, hə, indi də bir və ya iki Tomris çıxa bilər qadınlarımızdan.
Qadınlarımızın öz öhdəsinə düşən işləri var, yaxşı olar ki, onları yerinəyetirsinlər.
Müharibə, döyüş sözlərinə bu qədər də kiçik, adi yanaşmayın.

Elnurə Abışova:- Azərbaycanda igid vəcəsur qadın ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrurhökmdarı Tomrisdən başqa, tarixin konkret dönəmlərində qəhrəman qadın hökmdarNüşabə (heykəli olan yeganə qadın), Şirvana hücum edən Krım xanının qoşunlarınıməğlub etmiş Heyran Nisə Bəyim, qoca Şərqin ilk diplomat qadını, Ağqoyunluhökmdarı Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin xanımı -514-cü ildəOsmanlı-Səfəvi arasında baş vermişÇaldıran döyüşündə iştirak etmiş Taclı bəyim,mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşıTuti Bikə (1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı.O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədərmüdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır) Nigar, Həcər kimiqadınlar həm də mərdlik, şücaət, cəsarət rəmzləri olublar.

Elşad Namazov:- Mən belə düşünürəmki, indi də bizim Tomrislərimiz çoxdur.Amma hələ ki, dùşməni məhv edəcək qədər böyük və güclü ordumuz var.

Rumiyyə Miraslan:- Bu gün Azərbaycanqadını əksər işlərdə kişilərlə qoşa addımlayır, hətta ailənin, cəmiyyətin dahaçox yükünü öz üzərinə götürür. Belə olan halda döyüşdə niyə kişiləri tək qoyaq?Biz demirik ki, döyüşmək üçün kişilərimiz yoxdur, əksinə, kişilərimiz bu günmüharibəyə, torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə təşnədilər. Bu,bizi qürurlandırır, fəxr edirik. Ancaq unutmayaq ki, o kişiləri də o ruhdaböyüdən Azərbaycan qadınıdır. Elə oğullarımıza döyüşdə də ruh vermək üçün ön cəbhədəonların yanında olmağımızda heç bir qəbahət yoxdur. Birinci Qarabağ müharibəsindəsnayper qadınlarımız vardı ki, erməniyə göz açmağa imkan vermirdi. İndi onlar,məsələn çox sevdiyim snayper Növrəstə xanım artıq yaşlanıb, onu müharibəyə göndərəbilmərik. amma onun və onun kimi digərlərinin yerinə özümüz gedə bilərik. Budüşüncəylə də orduya könüllü yazılmışam. Ümid edirəm ki, tezliklə savaş əmriveriləcək və mən də ön sıralarda olacağam, şanlı qələbəyə şahidlik edəcəyəm.

Bakir Abdullayev:- Hər bir fərdin özişi, funksiyası var. Qadın ən başlıca anadır. Hər bir şəxsin əsl vətəndaş kimiyetişməsində ən başlıca rolu ana oynayır. Mənim fikrimcə, qadın elə qadınolaraq qalsın. Mən heç bir halda qadını döyüş meydanında görmək istəmirəm. Əgəro gün olacaqsa, onda Allah mənə o, günü göstərməsin.



Səma Əliyeva:- Mövzu vətəndirsə, torpaqdısa,Qarabağdırsa burda nə qadın nə kişi söhbəti olmamalıdı. Atalar yaxşı deyibaslanın erk:əyi dişisi olmaz! Biri mən! Hər zaman döyuşə hazıram! Şəhidlərimizinqisasını almağa hazıram!

CabbarVətənsiz:-Qadınlarımıza döyüş ruhu olmayınca kişilərimiz cəbhədə qələbə çala bilməz. Nə qədərki, Azərbaycanda ana balasına "nə işinə qalıb, başını saxla”- deyir, bizimözümüzə qayıdıb türk olmağımız çətin olacaq.

Məlahət Aslanova:- Bir ağır yük olandayoldaşımız, qardaşımız, oğlumuz razı olmur bizim o yükü daşımağımıza . Müharibədəhər cür kobudluq və ölüm, qan olduğu üçün heç bir kişi razı olmaz ki, yaxınlarıolan qadınlar müharibəyə getsin. Amma Allah göstərməsin, əgər lazım olsaTomrisdən də qeyrətli, qisasın almağı bacaran qızlarımız - qadınlarımızvar.

RamizAbışov:-Aslanın erkəyi dişisi olmaz. Səfərbərlik elan ediləndə məndə , həyat yoldaşımda inandıq və döyüşə getmək üçün səfərbərlik idarəsinə müraciət etdik. Lakin mənimvə həyat yoldaşımın gözlərimizin kökü saraldı. Döyüş əmiri komandasını verənölkə başçısı bizi intizarda saxlayır. Biz döyüş tələb edirik!
Qadınlarımız qəhrəmandırlar. Mən millətimin qadınları ilə fəxr edirəm.

Elmar Həsənli:- Qadınlarımız bu vətən üçünmilli, vətənini sevən oğullar böyütsələr, ön cəbhə də döyüşmüşkən vardılar.

Nəzrin Nəzirli:- Arxadan arxayın olan ərlər,daha cəsarətli və qorxmaz olar inanın. O oğulları ki, mənim kimi mubariz analarböyüdür, onlara sadəcə "irəli" deyən bir əmr lazımdır.

CoşqunHəsənov:-Qadınlar ancaq həkim və tibb bacısı kimi döyüş bölgəsində ola bilər. Onlarınheç snayper olmalarına da ehtiyac yoxdu.

Zənnimcə, təkrara ehtiyac yoxdu! Mövzu Vətənolunca... Aslanın erkəyi-dişisi olmaz!

Əntiqə Rəşid