adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2024 16:45
647
GÜNDƏM

Solovyova  qardaş "müjdə"si :Ermənistanda proqramlarının  yayımı dayandırıldı

“Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi” “RTR-PLANE” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif proqramlarının Ermənistan Respublikası ərazisində yayımını əngəlləyib.


Adalet.az xəbər verir ki, bu barədə “Ermənistanın Teleradio Verilişləri Şəbəkəsi” məlumat yayıb.
“Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi” QSC “Ermənistan Respublikası Hökuməti ilə Rusiya Hökuməti arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin 5 və 6-cı maddələrinin davamlı olaraq pozulması faktını əsas götürərək Bu yaxınlarda Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan Federasiya, Rusiya Federasiyasının ərazisində ictimai multipleks “RTR-PLANE” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif proqramlarının yayımına qadağa qoyub. Ermənistan Respublikası”, - məlumatda deyilir.

 “Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımının əngəlləməsində ölkənin Baş naziri Nikol Paşinyanı ittiham edib:“Ermənistanın televiziya və radio yayımı şəbəkəsi ölkədə iki verilişin yayımının dayandırıldığını bildirib: “Vladimir Solovyovla bazar axşamı” və “Vladimir Solovyovla axşam”. Bu qərarın davamlı pozuntu faktları əsasında verildiyi bildirilir, lakin konkret misallar göstərilmir. Küsəyən “əfəndi” (Simonyan məhz “efendi” sozünü ona görə yazıb ki, bu titul yalnız türklərə məxsusdur- red -Ə.R.) yayımı qadağan edib. Ah, necə nəfəs aldı, necə nəfəs aldı! Daha çox söz azadlığına yer verəcəyi şüarları ilə hakimiyyətə gəlmişdi. Bu arada söz azadlığı azalıb, Qarabağla bağlı işlər bərbad hala düşüb”.

 
Qeyd edək ki, Solovyov ermənilərdən daha çox “erməni” olsa da, hər addımda bu xalqın nüfuzuna, mənfəətinə xidmət etsə də, nəhayətində bir gün anlayacaq ki, bütün əziyyətləri boşunadır. Necə ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistan uğrunda az qalırdı Azərbaycana özü hücum etsin. Hətta o qədər erməniləşdi ki, onlar kimi “azar”a düşdü, mənasız cümlələr də qurdu: “İlk dəfə eşidirəm ki, 20-ci əsrdə yaranmış Azərbaycanın 3000 illik Ermənistan ərazisində tarixi torpaqları var.Ermənistanın tarixini müxtəlif rəqəmlərlə göstərmək olar, 3000, 6000 və 9000 il eramızdan əvvəl, 12000-ə qədər rəqəmləri artırmaq olar… Azərbaycanı isə dünən-srağagün də demək olar…”
Sonda nə oldu –deyə soruşsanız, deyərdim ki, Zatulin üçün ölümcül bir zərbə Ermənistandan gəldi. Onun 2022-ci ildən etibarən Ermənistan Respublikasına girişi qadağan edilib.


Biz 1813-28-ci ildən etibarən torpaqlarımızda bu nankor ermənilərə yaşamaq hüququ verdik, çörək , ev, şəhər, kənd, muxtariyyət bağışladıq. Onlar isə əvəzində son 35 ildə 40 minə yaxın soydaşımızı öldürdü. Yəni, bizim kimi, özünüzü bu nankorların yolunda bihudə yerə yandırmayın...


Əntiqə Rəşid