adalet.az header logo
  • Bakı -°C
13 Fevral 2026 08:25
93
DÜNYA
A- A+

Şok: Ukrayna ordusu Donbasdan geri çəkilə bilər

Kiyev Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasına razılaşa bilər.

Adalet.az xəbər verir ki, bunu adları açıqlanmayan Ukrayna Prezidenti Vladimir Zelenskinin iki müşaviri "Atlantik" nəşrinə deyib.

Məlumata görə, onun iki müşaviri bildirib ki, Ukrayna ən sərt güzəşti qəbul etməyə hazır ola bilər. Qoşunların Donbasdan çıxarılmasını qanuniləşdirmək üçün onlar bu yaz referendum keçirməyi düşünürlər.

Nəşr qeyd edib ki, Zelenskinin yaxın çevrəsinin bəzi üzvləri də sülh şanslarının azalmasından narahatdırlar.