adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Yanvar 2015 13:11
1773
HADİSƏ

SOCAR-ın əməkdaşı bədbəxt hadisə nəticəsində öldü

Ötən gün Xəzər Dəniz Neft Donanmasında növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində bədbəxt hadisə qeydə alınıb.


Adalet.az-ın məlumatına görə, SOCAR-ın əməkdaşı, sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləməyib və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşüb. Yoldaşları tərəfindən dənizdən çıxarılsa da, o aldığı xəsarətdən hadisə yerində keçinib.