adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Yanvar 2018 16:05
901117
RUBRİKA

Snikerssiz də çay “şirin” olur

Adalet.az "Hər gün bir söz eşitməsək” adlı layihənin ikincireportajını sizə təqdim edir.

Armudu stəkanda çay, ürəyimiz yananda çay, ətirlisəndadlısan, çay, çay, çay...

Armudustəkan həm vizual olaraq, həm də mahiyyət etibarilə qadına bənzəyir, ikisini dəüfürə-üfürə içməlisən ki, ağzın yanmasın. Qəribədir, evdə içdiyin çayın ləzzətiləçayxanada içdiyin çay ləzzəti bir-birinə bənzəmir. Adətən, çayxanadakı çayniklərintutumu 8 stəkandan artıq olmur. İki nəfərə maksimum bir saatlıq işdir çayı yoxeləmək. Sonra bir çaynik də sifariş verirsən. Onu da yox eləyirsən. İki saata 8stəkan çay. Amma evdə bu mümkün deyil.

Gəldiyimyerin adı "Bizim məkan” çay evidir.

- Sadə çay var?

- Xeyr, bizdə sadə çay verilmir. Snikerslə verilir,4 manata.

- Mənim dişim ağrıyır, allergiyam da var. Neyniyirəmsnikersi(

- Bizdə belədir, gətirim?

- Yaxşı, sən snikersi vermə, amma pulunu alarsan.

Artıqmasama çay gəlib. Qəribə çaynikdir, o da modernləşib. Ayaqlı dəmir altığıniçində şam var, yanır, amma ərimir. Çaynik bu altlığın üstündə isti qalır.

Oturduğumməkanın iç dizaynı taxtadan tikilmiş evləri xatırladır. Burada qəlyan daverilir. Bir neçə ildir ki, sulu qəlyan şəhər əhlisinin, xüsusən də gənclərinsevimli məşğuliyyətinə, vərdişinə çevrilib. Qəlyançı qəlyan hazırlayır.

- Qəlyan nəli olsun?

Masadanduran darbalaqlı, makasin ayaqqabılı, saqqallı, saçları uzun oğlan lotu-lotu qəlyançıyayaxınlaşır.

- Brat, hansı tütünnərin var?

Qəlyançıalnının tərini silib deyir:

- Moruq var, vanil var, saqqaız var, qarağat var,alma var, albalı var, şeyx var, Bakı gecələri var.

- Moruq, vanil, saqqız, özü də ananasda düzəlt.

- Bilirsən də. Ananasda qəlyan 30 manatdı.

- Hə, sən düzəlt, bratın bu gün pullu gəlib.

Bu meyvədadlı dialoqdan sonra qəlyançı əvvəlcə kömürləri qızmağa qoyur, sonrasoyuducunu açıb bayağı toy müğınnilərinə bənzəyə ananası götürür. Əvvəlcə ikiyerə bölür, sonra ananasın başını bir qırağa qoyub qalan yarı hissənin içinioymağa başlayır. İçini çıxarıb bir boşqaba tökür, sonra tütünü ananasın içinəyığır, gümüşü rəngdə kağızla üstünü bağlayır. Tütünlər yarımfabrikat olduğuüçün quru tütünlərdən daha çox ziyan verir. Qəlyançı ananasın başını bəzək kimiistifadə edir. Sonra onu qəlyan aparatının üstünə taxır, kömürlərini qoyur.Şlankı götürüb içinə çəkir, nəfəsini buraxanda paravoza oxşayır.

- Hazırdı. Gətirirəm.

- Gətir də, gətir ciyərlərimiz bayram eləsin.

Darbalaqlı"brat” qəlyan gələr-gəlməz telefonunu dostuna uzadır ki, çəkil çəkdirsin. Ayağaqalxır, tüstünü içinə çəkir, sonra buraxır. Çırıkkkk!

- Brat, səncanı, yaxşı düşmüşəm? İnstaqrama qoyacame, bəlkə qız tutdum.

Dostudillənir:

- Hə, bax da. Gör neynirsən, gətirərsən bura, işinigörərsən.

Bunudemişdi ki, qulağım başqa masadakı səsə qapıldı. Boylandım, gördüm ki, saçlarıyalnız yan tərəflərdən ağaran, ortası keçəl bir kişi, siqaret çəkə-çəkə, yox, çəkmirdi,yeyə-yeyə danışır:

- Ay qardaş, iki gün qabaq iki gənc intihar eləyib,bu gün də bir kişi özünü qatarın altına atsa da ölməyib. Özü də qaçqınıdır. Buintiharların axırı hara gedir?

Yanındaoturan kişi:

- Əqardaş, camaatın o qədər problemi var ki. Ta nə olmalıdı ki.

- A kişi, metroda, camaatın gözünün qabağında daintihar edərlər? Olmaz e, olmaz. Adicə saytdan intihar xəbəri oxuyanda adam özünüpis hiss eləyir, qaldı ki gözünün önündəbaş verə. Nəsə bir yolu olmalıdı, təhlükəsizlik təmin olunmalıdı.

Sonrabayaqkı "brat”ların masasında gülüş səsi yayıldı...

- Hi, ha, ha. Yaman aldatdım e qızı. Dedim,Qalenvagenim var, gəlib hardan desən götürəcəm, gəzərik. Guya da... Nə gəzmək...

- Özün kimi əclaf yoxdu daa.

Bu məqamönümdən qapı açılır, bir qız çıxır otaqdan. Üzü tualetə tərəf qaça-qaça. Əvvəlcəbilmədim bu nə təlaşdır. Qız otağa qayıdandan sonra arxasınca otaqdan oğlançıxıb gedir tualetə tərəf. Pəh! Əcəb işdir! Deməli, bu iki-üç nəfərlik kabinetlərüstünə yazılmasa da qızla oğlanın yarım saat, bir saatlıq "xoşbəxt” olmağınaxidmət edir. Otağın depoziti, yəni oturma haqqı 10 manatdır. İstəyirsən boşotur, istəyirsən çay iç, qəlyan çək. Əvəzində bahalı otel xərcindən, kirayə evməsrəfindən azadsan. Cəmi 10 manat.

Bratlaryenə qızğın müzakirə edirlər.

- Qardaşım, qız nədi, barda gəzdi nədi? Boynuyoğunatası, qardaşı hara baxır?

- Ala, onnar kişidilər ki?! Bir dəfə fırrandığımqızın qardaşıynan sööbətim düşmüşdü. Düz üzünə dedim ki, yaxşı qardaşsan bacınıçayxanalardan yığ.

- Bəs, sənə heçnə eləmədi?

- Elədi... Kəllə atdı mənə. Mən kəlləyə yıxılanoğlanam? Yıxıldım e, amma ayağa qalxıb nəyi var əzişdirdim, nəsil-nəcabətinisöyüb yola saldım. Yola da salmadım e, qaçdı.

Eləbildim, bayaq qız tutmağa çalışan, gətirib çayxana kabinetində işini görmək istəyən"brat” bu deyil, boylanıb baxdım. O idi...

Ara sakitləşir...

Qapı açılır, kəndirbaz kəndirdə gəzən kimi dikdabanüstündə ehmallıca yeriyən qız girir içəri. Yaxınlaşır qəlyançıya.

- Salam. Divarda elangördüm, qız işçi axtarırsız.

- Hə, xanım, axtarırıq. Əvvəllərharda işləmisiz?

- Dörd-beş ildi işləyirəm,nə bilim o qədər olub ki.

- Əsas odu sistemi bilirsizdə?

- Hə, bilirəm.

- Səhər saat 11-dən axşam11-ə kimi günü 15 manat, çayvoy da özündən asılıdı.

- Razıyam, sabahdan gəlim?

-Gəl...

Qəlyançının gözünə ilk sataşan mən oluram. "Qardaş,qız işçin olmadı müştəri gəlmir e. Neyləyək?!” deyib göz vurur.

Elə bilirəm bu bir saat ərzində başımın üstündə kökbir xala oturub. Düz Binəqədidən Yasamala kimi yol gəlmişəm. Axırda da arxaqapıdan düşüb yol pulunu verməmiş qaçıb. Çayla snikersin pulunu verib butüstü-dumana "salamat qalma” deyib çıxıram çayxanadan...