Sloveniya Milli Şurasının sədri Azərbaycanda səfərdədir
Sloveniya parlamentinin yuxarı palatası - Milli Şuranın sədri Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-də Azərbaycana səfərə gəlib.
Adalet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Sloveniya parlamentinin Milli Şurasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Mitya Bervar aeroportda jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi iki ölkə arasında idman, mədəniyyət, informasiya, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişafına töhfə verməkdir.
Qeyd edib ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47