"Siyasi partiyalar haqqında" qanun layihəsi I oxunuşda qəbul edildi
Bu gün Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub.
Adalet.az xəbər verir i, Milli Məclis tərəfindən bu il iyulun 26-da dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib.
Bununla yanaşı, yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda, dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Digər Xəbərlər
02 Oktyabr 2026 18:32
"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20
MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib
02 Oktyabr 2026 17:01
“Hərənin arxasında, böyük bir dayı var” - İlham Əliyev
02 Oktyabr 2026 16:30
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
02 Oktyabr 2026 16:10
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
02 Oktyabr 2026 15:48


Bakı -°C

