Şirvanda silah-sursat tapıldı
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.
Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44


Bakı -°C

