Şirvan sakinin üzərindən narkotik və civə aşkarlanıb

Şirvan sakinin üzərindən narkotik və civə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Əkbərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı çantasından narkotik maddə olan heroin və tiryək aşkar edilib. Axtarış tədbirlərinin davam etdirilməsi nəticəsində onun üzərindən qablaşdırılmış formada saxladığı ümumi çəkisi 940,80 qram olan civə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Novxanı və Görədildəki bağ evlərindən oğurluq etdilər - VİDEO

Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO

Cinayətdə şübhəli bilinən 10 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

DİN Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələri saxlayıb - FOTO/VİDEO

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO
