Sinan Oğan: “Bütün vətəndaşlarımızı Ərdoğana səs verməyə dəvət edirəm”

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəklədiyini deyib.
Adalet.az xəbər verir ki, bu barədə o, “CNN Türk”ə müsahibəsində bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki prezident seçkisinə müdaxiləsi ilə bağlı iddiaların yanlış olduğunu da xüsusilə vurğulayıb və “məgər azad iradəmizlə kimisə seçə bilmərik?” - deyə bu iddia ilə çıxış edənlərə səslənib.
S.Oğan qeyd edib ki, bu cür əsassız iddiaları ortaya atanlardan sübut və dəlil tələb edəcək, həmin şəxsləri məhkəməyə verəcək.
“Biz ölkəni idarə etməyə can atırıq. Bu ölkəyə sahib çıxmaq istəməyən siyasətçi varsa, o da Kılıcdaroğludur. Mən mayın 28-dən siyasətə davam edəcəyəm. Heç vaxt heç bir siyasi quruluşda olmamışam. Sinan Oğan könüllüləri heç bir gözlənti olmadan siyasətlə məşğul olan insanlardır.
Düşünürəm ki, bizim dəstəyimiz ciddi səs gətirəcək. Bütün vətəndaşlarımızı Ərdoğana səs verməyə dəvət edirəm”, - o əlavə edib.
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
