Simonyan Lavrovla görüşdə: İrəvan Moskvaya qarşı heç nə etməyəcək
Ermənistanın hələ də KTMT ilə bağlı sualları var.
Adalet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistanın hələ də cavabsız qalan sualları var ki, onlar dəfələrlə qaldırılıb.
Simonyan Ermənistanın Rusiya ilə əlaqələrdə maraqlı olduğunu, İrəvanın başqa bir anlayışının olmadığını bildirib.
Spiker vurğulayıb ki, Ermənistan Rusiyaya qarşı heç nə etməyə çalışmır, İrəvanda belə bir anlayış yoxdur və heç vaxt olmayacaq: “Mən burada, Rusiyada belə bir anlayışın olmasını istəmirəm. Sizi əmin etmək istəyirəm ki, bizdə belə bir anlayış yoxdur və heç vaxt olmayacaq. Bu, hər şey üçün, artıq sahib olduğumuz hər şey üçün yanlışdır”.
Lavrov isə Aİ üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqına üzvlüyün uyğun gəlmədiyini, lakin Rusiyanın Ermənistanın seçiminə hörmətlə yanaşacağını bəyan edib./APA
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

