Sibel Canın konsertində Beşbarmaq pirini ziyarət, süni mayalanma söhbəti və xalaların "sxodkası" - İntiqam VALEHOĞLU yazır
Əslində, söhbətə hardanbaşlayacağımı bilmirəm. Yaxşısı Ruhi Əliyevaya təşəkkürlə başlayım ki, sonraunudaram. Çünki onun dəvəti olmasaydı, mən illərdir tərəddüd etdiyim, cavabınıtapa bilmədiyim bəzi sualları özüm üçün ayınlaşdıra bilməyəcəkdim. Məsələn,hələ də tərəddüd edəcəkdim ki, niyə bizim tamaşaçı iyirmi manatından keçib özsənətçilərimizin konsertinə baxmır, amma 100-150 manatı boğazından kəsib SibelCanı dinləməyi üstün tutur.
Amma təşəkkürüyazdıqsa, deməli, hər şeyə olduğu kimi toxunmaq boynumuzun borcudur. SibelCanın dünən Bakı Konqres Mərkəzində baş tutan konserti təxminən qırx dəqiqə gecbaşladı. Sən demə, bu da səbəbsiz deyilmiş. Təşkilatçılar bizim tamaşaçınınkonsertə biletdə göstəriləndən ən azı bir saat gecə gəldiyini bilirmişlər.
Nanə səhnədədir. Konsertintəşkilatçısı "Liatris" holdinq barədə danışır, informasiyadəstəkçilərindən söhbət eləyir. Və budur, Sibel Can səhnəyə çıxır. İlk mahnıdanauditoriya ilə ünsiyyətə can atır. Orkestrdə o bayaqkı klarnetçalandan başqa 22nəfər var. Üçüncü mahnıdan sonra zala təklif edir ki, birlikdə söyleyelimmi?Zal kirimişcə Sibel Cana baxır. Sibel Can da görür ki, bizdən bir haray yoxdur, özü oxumağına davam edir. Onsuz da xoşum gələn mahnısı deyil, görüm xalalar uşaqlara adqoydu keçirdilərmi?
Söhbət gedib ginekoloqa qədər çıxıb. SibelCan isə təxminən səkkizinci mahnını oxuyur. Elə indicə söz verdi ki, özümüzüyaxşı aparsaq, hovuza su da buraxacaqlar. Yəni, ehtimal var ki, bir azdan zalaensin, tamaşaçılarla ünsiyyət qursun. Bu arada diqqətimi bir məqam çəkir. Hərmahnıdan sonra tamaşaçılar əhvalını soruşur, bəyənib-bəyənmədikləri ilə maraqlanır.Yerdən bir nəfər "Padişah" deyərək qışqırır. Söz verir ki,"Padişah" da olacaq. Bir anlıq gözümün önünə bizim sənətçilərin buvəziyyətə verə biləcəyi reaksiya gəlir. Məsələn, Vasif Məhərrəmli olsa deyərdiki, ay çuşka, "Padişah" ağır mahnıdır, konsertin hələ ortasınaçatmamışıq. Yəqinki, "Stefano Ricci" söhbətini hələ də unutmayanlar var. Bax, buversiyanı həmin söhbətin məntiqi davamı olaraq ehtimal etdim. Yaxud Kərimolsaydı, deyərdi ki, konsertdən sonra bölmədə görüşərik. Nəysə, görək buxalalar uşaqlara ad qoya bildilərmi?
Qupun rəhbəri olan xaladeyir ki, tələsməyin, sonra səhv qərar verərik, gələcəkdə uşaqlara adlarınagörə lağ edərlər. Ona görə də səbrli olun, uşaqlar dünyaya gəlsin, gedib birməsləhət verərik. Yəni, bu o deməkdir ki, söhbəti dəyişin, görün təzə ərəgedən, evlənmək istəyən varsa, onların məsələsinə baxaq. Elə istəyirəm soruşamki, Monika Beluççinin özündən 18 yaş cavan oğlanla sevgili olmasına necəbaxırsınız, bu məqamda Sibel Can "Berivan"ı oxumağa başlayır. Bubayaqdan qarasına danışdığım klarnetçi var ha, bəlkə də and içsəm, yaxşıdüşməz, amma klarnetə bir divan tutur ki, adam az qalır dəsmal götürüb ağlasın.Axırda Sibel xanım işarə elədi ki, biz bura bayrama gəlmişik e, cüməaxşamınayox. Deyəsən səhnədən zala enmək istəyir. Hamı startda dayanıb, ayaq üstəgözləyir. Nə yalan deyim, mən də 5-10 saniyəlik ayağa qalxdım ki, görüm nə başverir. Xalalara haqsızlıq olmasın deyə, tez oturdum ki. gül kimi söhbətləriqaçıra bilərəm. Bu məqamda bir yaşlı qadın mühafizəçilərə bərk təpinir. Deyirki, mən boğazımdan kəsib bilet almışam ki, camaatına arxasına baxım? Birağsaqqal da qadına qoşulub etirazını bildirirdi ki, ay bala, biz bura camaatınarxasına baxmağa gəlməmişik ha. Bu məqamda elə vəziyyət yarandı ki. bir neçəsaniyəlik Sibel Can arxasını ayıb da olmasın, biz tərəfə çevirdi. Gördüm kişidilinin altında deyir ki, bax, bu başqa məsələ. Ərkim çatmadı deyəm ki, dayı,sən Sibel Cana belə reaksiya verirsənsə, Cennifer Lopezə nokauta düşərsən ki.İndi zalda bir qırğın qopub ki, gəl görəsən. Bir qadın uşağın əlini buraxıbselfi çəkdirməyə çalışır. Yaxşı ki Sibel hay-küy saldı ki, çocuk var. Arxadakıxalalar konsert ərzində ilk dəfə zalda olduqlarının fərqinə vardılar: "Düzdeyir də... külbaş uşağın əlini buraxıb ki, selfi çəkdirirəm. Konsertəgəlmisən, qulaq as da".
Yəqin ki, kənardan bumənzərə sizə də tanış gəldi. Bax, biz konsertlərdə özümüzü belə aparırıq vəboğazından kəsib istirahətinə xərcləyən adamlara da mane oluruq. Özsənətçilərimizin konsertinə niyə maraq göstərməməyimizin də səbəbini yəqin ki,deməyə ehtiyac qalmadı. Ordan bir "Padişah"...