adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2020 09:53
49092
MARAQLI

Şüşədə okeana atılmış məktub yeni dostluğun əsasını qoydu

ABŞ-da iki yeniyetmə okean sularında 700 mil məsafəni qət edən şüşə butulkadakı məktubun sayəsində dost olublar.

Maraqlı xəbəriUPI nəşri dərc edib.

Qeyd olunur ki, Floridaştatında yaşayan 11 yaşlı Sofiya Vilson karantin günlərində öz xəyallarını məktuba yazaraq, şüşə butulkaya qoyub və okean sularına atıb.

Bir müddət sonra 11 yaşlı Sara Bet adlı qız şüşə butulkanı Şimali Karolina ştatının sahillində tapıb.

Hazırda qızlar dostlaşıb və yaxın günlərdə görüşməyi düşünürlər.