“Şuşaya Azadlıq” kampaniyasının Bakı Toplantısı keçiriləcək
"Şuşaya Azadlıq” kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı keçiriləcək.
Adalet.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi "Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsinin icrasına başlanılıb.
Layihənin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunan, tarixi abidələri dağıdılan qədim Azərbaycan şəhəri, "Qafqazın musiqi beşiyi” adlandırılan Şuşanın zəngin mədəniyyət irsini, işğal həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, ədalətin bərpası üçün xarici ölkələrin QHT-lərini, mədəniyyət xadimlərini, media nümayəndələrini və digər əcnəbi tərəfdaşları birgə silsilə fəaliyyətə və təbliğat işlərinə cəlb etməkdir.
4 may 2015-ci il layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkə (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-sinin rəhbərləri ilə Şurada görüş keçiriləcək.
Digər Xəbərlər
28 Aprel 2024 12:14
Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ
28 Aprel 2024 00:37Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39