adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyul 2020 13:15
112025
MƏDƏNİYYƏT

Şirvan bülbülü – Aşıq Şakir Hacıyev

Məşhur el aşığı,Aşıq Bilalməktəbininyetirməsi və Şirvan aşıq mühitinin ən tanınmış nümayəndələrindən biri AşıqŞakir 1922-ci il yanvarın 25-də Ağsu rayonunun Xəlilikəndində dünyaya gəlmişdir.Ozamanlar bu kənd digər bir neçə qonşu kəndlərlə birlikdə Kürdəmir rayonunun ərazisindəolub. Sonralar Ağsu rayonu təşkil ediləndə Xəlili kəndi də həmin rayonun tərkibinədaxil edilib.

Şakirin atası Şahverdi kişi sadə bir kəndli,anası Soltanxanım sadə kəndli qızı – evdar qadın olub. Şakir 1939-cu ildə Ağsurayonunun Ərəbmehdibəy kənd məktəbinin səkkizinci sinfini bitirib. Aşıqlıq sənətinəböyük həvəsi olduğunu nəzərə alan valideynləri onu göyçaylı aşıq Mürsələ şəyirdveriblər. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda cəbhəyə yola düşənŞakir 1941-1945-ci illərin Böyük Vətən müharibəsində və Sovet-Yapon müharibəsindəiştirak edib. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Kürdəmirə gələrək mədəniyyətevində işə başlamış və ömrünün axırınadək aşıqlıq sənəti ilə məşğul olub, saztutub, söz qoşub, öz gözəl, məlahətli səsi, gözəl mahnıları ilə çox qısa müddətdəşöhrətlənmişdir. 1950-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında İncəsənətİşləri İdarəsi tərəfindən aşıq Şakirə "Xalq aşığı” fəxri adı verilmişdir.

1955-ci ildə Şakir Hacıyev Kürdəmir rayonunun Mollakənd seçki dairəsindənAzərbaycan Ali Sovetinə deputat seçilmiş.Qeyd etmək lazımdır ki, bu etimadaşıqlar arasında yalnız Şakirə qısmət olmuşdur. Yəni Şakir aşıq kimi yeganəadam idi ki, deputatlıq mandatı məhz ona verilmişdir.

1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayına nümayəndə seçilmişAzərbaycanın sənət korifeylərinin – Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Mirzəİbrahimovun iştirak etdikləri bu qurultayda aşıq Şakir də geniş məruzə iləçıxış etmişdir.


AşıqŞakir istedadlı sənətkar kimi vaxtilə Azərbaycanın Moskvada keçirilmiş mədəniyyətvə incəsənət ongünlüklərində respublikamızı layiqincə təmsil etmiş vəmükafatlara layiq görülmüşdür.

Azərbaycanmədəniyyətinin inkişafı sahəsində xidmətlərinə görə 1967-ci ildə AzərbaycanRespublikası Ali Sovetinin fərmanı ilə aşıq Şakir Hacıyevə "Əməkdar Mədəniyyətİşçisi” fəxri adı verilmişdir. 1967-ci ildə aşıq Şakir Ümumittifaq Özfəaliyyətİncəsənəti Festivalının respublika baxışında qazandığı yaradıcılıq uğurlarına,eləcə də 1972-ci ildə keçirilmiş respublika miqyaslı təntənəli müsamirədəbirinci dərəcəli diplomlarla təltif olunmuşdur. Aşıq Şakir 2 dastanın, 20-yə qədərqoşma, gəraylı və müxəmməsin müəllifidir.

1957 və1960-cı illərdə Bakıda nəşr olunmuş "Aşıqlar”, 1970-ci ildə nəşr olunmuş "Aşıqsözü” kitablarında aşıq Şakirin onlarca şeir və qoşmaları dərc edilmişdir.

AşıqMirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görəbir məktəbə çevrilib,Şirvanaşıq sənətinin inkişafında müstəsna xidmətlərgöstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqliifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünüyaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq.

Onunlirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədiolaraq yaşayır. "Kəndimiz”, "Maral”, "Telli sazım”, "Nə bağ bildi , nə dəbağban”, "Şirvan şikəstəsi”, "Döymə Kərəm”, "Bakı”, "Bala nərgiz” havalarını yəqinki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, muğam sənətinin də mahir bilicisivə bənzərsiz ifaçısı olmuşdur.

AşıqŞakirin bir vaxtlar yaşadığı küçəyə onun adı verilmişdir. Həmçinin Kürdəmirrayonunda bir kənd mədəniyyət evi aşıq Şakirin adını daşıyır.

AşıqŞakir 1979-cu ildə aprelin 10-da, 57 yaşında vəfat etmiş və Kürdəmir qəbiristanlığındadəfn edilmişdir.

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru