adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2018 14:44
18812
MARAQLI

Şir evdə necə peyda olmuşdu?

SSRİ zamanında Bakıda evində şir ilə puma saxlayan Bərbərovlar ailəsi vəxoş olmayan sonluq

Bakıdakı mənzillərində vəhşi heyvanlar –şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə ozamanlar bütün SSRİ-də məşhur idi, lakin 1980-ci il noyabrın 24-də baş verənfaciə vəhşi heyvanlarla bir yerdə yaşamağın nə qədər təhlükəli olduğunugöstərdi.

Şir evdə necə peydə olmuşdu?

Nina Bərbərova qızı Yeva ilə BakıZooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasınıgörür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memarolan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir.Heyvanlara xüsusi sevgisi olan Lev Lvoviç xanımının sözünü yerə salmır vəZoopark işçilərinin icazəsi ilə şir balasını mənzillərinə gətirir. Tezlikləbütün ailənin sevimlisinə çevrilən şirə Kinq yəni Kral adı verilir.

Kinq sakit təbiəti ilə seçilirdi və heçbir halda ətrafa aqressiya nümayiş etdirmirdi. Hər gün göz önünüdə böyüyən Kinqartıq 1 ildən sonra iri cüssəli məğrur şirə çevrilir. Bu zaman artıq o südlədeyil, ətlə qidalanmağa başlayır. Qeyd etmək lazımdır ki, 24 saat nəzarətaltında olan Kinq Bərbərovların mənzildə saxladıqları yeganə heyvan deyildi.Evin digər sakinlərini sonralar Nina Bərbərova belə xatırlayacadı.

"Mənim ərim Lev Lvoviç hər cür heyvanıxoşlayırdı. Ona görə də 100 kvadrat metrlik evimizdə mən və övladlarımdanbaşqa, çoxlu heyvan və quşlar da var idi. Şir balası da evimizdə təsadüfənpeyda olmadı. Bir dəfə qızımla Bakı Zooparkını gəzərkən Yeva qəfəslərdənbirində balaca, zəifləmiş və pis vəziyyətdə olan şir balasını gördü. "Ana, orabax, orda it ölmək üzrədi” deyə qızım mənə onu göstərdi. Mənsə, ona dedim ki,"qızım, bu it deyil, bu heyvanların şahı olan şirin balasıdı. Yəqin oxəstələnib”. Sonra Zoopark müdirindən xahiş etdim ki, o xəstə şir balasını bizəversin.

Bizim tanışveterinar həkimimiz var idi – Mixail Smirnov. O bizə şirə qayğı göstərməkdəyardım etdi. Onu təbii ki, heyvanlar şahı olduğu üçün Kinq adlandırdıq.Fikirləşirdik ki, o, böyüyüb güclənəndən sonra yenidən Zooparka qaytaraq, lakinKinqi Zooparka qaytaranda yolda o özündən çıxdı, az qaldı ki, maşını daaşırsın. Bizə dedilər ki, o daha nə Zooparkda, nə də ki, vəhşi təbiətdə yaşayabilər. Məcbur oluv onu mənzilimizdə saxlamalı olduq”.

Bərbərovlarailəsi məşhurlaşdı

Evlərində şirsaxlayan Bərbərovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhurluqqazandı. Bərbərovlar ailəsi haqda bir neçə sənədli film çəkildi. Sovet alimləriisə ailənin şirlə yaşayışını elmi təcrübə kimi müşahidə edirdilər. Müəyyənmənada "ev şirinə” çevrilən Kinq ətrfadakı insanlara təhlükə törətmədiyi üçüntezliklə kinolarda da yer almağa başladı.

Kinq tezliklə"Şir evdən getdi”, "Oğlan, qız və şir” və bu filmlər arasında ən məşhuru olan"İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”ndə çəkilir. Lev Bərbərov isəöz memarlıq sənətini tərk edir və sırf Kinqin kino prodüseri kimikinostudiyalarla danışıqlar aparmağa başlayır.

Nina Bərbərova:"Kinq ərimə heyran idi. Qadın olduğumu anladığı üçün mənə qarşı da mehribanidi. Bilmirəm bu onda erkək qısqanclığı idi, yoxsa başqa səbəb var idi, ammayetkinlik yaşına çatdıqdan sonra Kinq bizim çarpayıda, ərimlə mənim aramdayatırdı. Bir də gecə yarısı güclü səsdən ayılıb görürüdüm ki, ərim döşəməyəyıxılıb”.

Kinq öz sahibiniçarpayıdan itələyərək bir növ 3-cü şəxsin yataqda artıq olduğnu bildirməkistəyirdi. Mərhum Lev Lvoviç Kinqin bu şıltaqlığına görə çox əziyyət çəkmişdi.

Fotoqrafınxatirələrindən

Bərbərovlarınailəvi dostu olan fotoqraf Vladimir Alekseyev də Kinqi "ev pişiyi” kimixarakterizə edir:

"Onlar Kinqidaim isti şəraitdə saxlayırdılar. İlk vaxtlar onun qabaq pəncləri hərəkət edəbilmirdi. Günlərlə edilən massajlardan Kinq qabaq pənclərini hərəkət gətirəbilsə də, pəncələrdəki qüsur ona ömrü boyu qaldı. Əgər "İtalyanların qeyri-adisərgüzəştləri” filminə baxsanız, orda küçədə qaçan Kinqin ön pənclərindəkiqüsuru müşahidə edə bilərsiniz. Kinq çox gözəl və mehriban şirə çevrilmişdi. Oözünü əsl ev pişiyi kimi aparırdı. Bir problem var idi ki, o, qonaqları yekədili ilə yalayırdı. Amma Kinq adamı çox bezdirəndə onu qovmaq, üstünə qışqırmaqolurdu. Belə olanda o sakitcə uzaqlaşır və mənzildə öz yerinə çəkilirdi.

Kinqin artistikqabiliyyətləri erkən yaşlarından, o hələ oyuncaq dostu Bonifatsi ilə müxtəlifoyunlar oynayan zaman sezilirdi. Bunu hiss edən azərbaycanlı kinomatoqrafçılaronu 2 filmdə – "Qız, oğlan və şir” və "Şir evdən getdi” çəkmişdilər”.

VladimirAlekseyev deyir ki, Bərbərovların qonşuları şirlə qonşu olmaqdan heç də xoşhaldeyildilər. Bakının mərkəzində yaşayan ailənin 2-ci mərtəbədəki mənzillərindənətrafa pis qoxu yayılırmış. Bundan başqa, Kinq müxtəlif saatlarda heyvanlarınşahı olduğunu xatırlayaraq, dəhşətli nərə çəkirmiş. Qonşuluqda yaşayanailələr isə bundan qorxuya düşürmüşlər. Bərbərovlar Kinqi səhər tezdən küçədəgəzdirir və çox vaxt evlərinə qayıdarkən binanın dəhlizində qonçuları iləüzləşirdilər. 200 kiloqramlıq şirlə üz-üzə gələn qonşular daim həyacan və qorxuiçində yaşayırdılar.

Nina Bərbərova:"Bizim evin balkonundan binanın damına çıxış var idi. Biz oranı torla bağladıqki, Kinq küçəyə çıxa bilməsin və həmişə gözümüzün önündə olsun. Elə olurdu ki,bizim yataq otağımıza daxil olub, məni, yaxud Levi çarpayıdan qovurdu və beliüstə uzanaraq möhkəm yuxuya gedirdi. Səhər hamı ilə bir yuxudan durur, naharedir və uşaqlarla oynayırdı. Uşaqlar onun bığlarını dartır, onun belinə çıxaraqat kimi sürüdülər. Kinqlə hər şey etmək olardı, o heç zaman incimirdi.

Kinq evdəkibütün heyvanlarla yola gedirdi. Xüsusi ilə çəkisi 4 kiloqramdan az olan "Çap”ləqəbli qara it özünü "ded”, Kinqi isə "dux” hesab edirdi. Kinq nəsə dəcəllikedəndə "Çap” hürə-hürə onun arxasınca düşürdü. Günahkar Kinq isə stolun altınagirərək quyruğunu bulayırdı. Yatanda da bir yerdə yatırdılar. Əvvəlcə Kinq,arxasınca isə "Çap” onun iri pəncələrinin arasında uzanırdı. Yeməyi də birqabdan yeyirdilər. Öncə "Çap” yeməyin dadına baxır, sonra Kinqi çağırırdı. İtçox az yemək yeyib geri çəkilirdi, amma şirə bütöv ərzaqla dolu soyuducu da bəsetmirdi. Gündə ona kilolarla ət, yumurta və balıq piyi lazım olurdu.Maaşlarımız böyük olmadığı üçün Kinqi yemləməkdə çətinlik çəkirdik. Məcburolduq onun filmlərdə çəkilməsinə razı olaq. "İtalyanların Rusiyada qeyri-adisərgüzəştləri” onun ən məşhur və sonuncu filmi idi”.

Başı boş tələbəilə ağılsız leytenantın ağılsız hərəkəti

"İtalyanlarınqeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı müvəqqəti yaşayış eviolaraq Bərbərovları məktəb binasına yerləşdirirlər. Leninqrad polisi hər səhərsəsgücləndiricilər vasitəsilə ətraf binaların sakinlərini xəbərdar edirdi ki,məktəbdə şir yaşadığı üçün əraziyə yaxınlaşmasınlar, lakin bəzi insalar buxəbərdarlığa məhəl qoymurdular.

Nina Bərbərova:"Həmin gün assistentimiz Saşa Kinqlə məktəbin idman zalında futbol oynayırdı.Məhz həmin zalın böyük pəncərələri küçəyə tərəf açılırdı. Saşa Kinqi bir neçədəqiqəlik qoyub, özünə çay içməyə gedib. Elə bu vaxt Markov (heç zaman onunsoyadını unutmaram) pəncərə önündə peyda olub. Kinq tanımadığı adamı görübpəncərəyə yaxınlaşıb. Şahidlərin dediklərinə görə, Markov şirin qabağındaarxaya-qabağa tullanmaqla onu qıcıqlandırmağa başlayıb. Bu, Kinq üçün oyunoynamağa dəvət idi, çünki bizim assistentimiz ona "İtalyanların Rusiyadaqeyri-adi sərgüzəştləri” filmindəki səhnəyə görə insanı izləyib yerə yıxmağıöyrətmişdi. Arxa pəncələri üzərində dayanan Kinq qəfil pəncərəni sındıraraqMarkovun üzərinə atılır və onu yerə yıxır. Markovu məktəbin yanında gözləyənqız isə "kömək edin, şir insanı parçalyır” deyə qışqırmağa başlayıb. Elə bu anatəş səsi eşitdik. Sonradan öyrəndik ki, günorta yeməyindən qayıdan milisleytenantı Qurov səs-küy gələn tərəfə qaçıb. Məktəb divarının yaxınlığındavəziyyəti aydınlaşdırmamış Kinqə atəş açıb. Şir həmən anda oğlandan aralanaraqsınmış pəncərəyə doğru geri çəkilib, lakin görünür leytenant Qurov həvəsə gəlibvə daraqdakı bütün güllələrini Kinqin üzərinə boşaldıb. Tələbə Valentin Markovisə yalnız yüngül sıyrıqlar almışdı”.

Beləcə kinoulduzunun həyatı başa çatır. Hamı çox təəssüflənir, ağlayırdı. Filmin xaricdəkiprokatından sonra Kinq dünya şöhrəti qazanır. Amma ölümündən sonra.

Yeva Bərbərova:"Atam pəncərədən tullandı və Kinqə sarı getdi. Kinq geniş açıq gözlərləməktəbin divarında yaxın yerdə uzanmışdı. Nə baş verdiyini anlamayan atam onuqucaqlasa da Kinq nəfəs almırdı. Bu an anam da gəldi. Məktəbin divarı boyutoplaşan kütlənin içindən bir səs gəldi: "Sizin şir insan parçalayıb”.Növbəti gün üstü açıq yük maşınında gedirdik. Kinq hansısa matəm örtüsünəbürünmüşdü və qarşı tərəfdən əsən külək ölü şiri sanki tərpədirdi. Biz tez-tezqonaq getdiyimz yazıçı Yakovlevin mülkünə getdik. Kinqi orda dəfn etməyə qərarvermişdik. Yadımdadı ki, filmdə bizlə birlikdə çalışan sirk ustası Yura ağlaya-ağlayaKinqi çiyinlərinə aldı və gənc palıd ağacının yanına qoydu.

Lakin hamıdançox "Çap” əziyyət çəkirdi. Bakıya döndükdən sonra dəhlizdə Kinqin əşyaları olanqutu qoymuşduq. "Çap” əvvəlcə qaça-qaça Kinqi axtarır, sonra isə qutunun içinəgirərək orada nəfəs alırdı. Həkim "Çap”ı yoxladı və infark vəziyyətinədüşdüyünü deyərək çox yaşamayacağını söylədi. Doğurdan da, növbəti gün o öldü”.

İkinci şiringəlməsi

Şirin ölümübütün ailəyə ağır psixoloji zərbə vurur. Gecələr ailənin uşaqları Yeva və Romayuxuda "Kika, Kika! Getmə, evə gəl!” deyə yuxuda çığırırdılar. Uşaqlarını xilasetmək üçün Bərbərovlar ailəyə ikinci şir balasını gətirirlər. İlk şirinxatirəsinə ona Kinq II adı verilir.

"Mən ikincişirin əleyhinə idim, lakin ərim öz sözündə israrlı idi” deyə Nina Bərbərovaxatırlayır.

"Moskvaintellegentiyası da bizi dəstəklədi. Sergey Obraztsov, Yuri Yakovlev, VladimirVısotski, Marina Vladi pul toplayaraqŞ bütün SSRİ boyu bizə yeni şiraxtarmağa başladılar. Onu Kazan Zooparkında tapdılar. Moskvadakı 1 aylıqkarantindən sonra təntənəli şəkildə şiri bizə təqdim etdilər. İkinci şirbirinciyə oxşamırdı: Kinqi biz ölüm ayağında olarkən xilas etmişdik və o bunagörə bizə minnətdar idi, xoş münasibət göstərirdi. Lakin ikinci isə özünəhörmət olunmasını bizdən tələb edirdi”.

1975-ci ildəBərbərovlar ailəsinin həyatından olan real faktlar əsasında rejissor KonstantinBromberq və ssenarist Yuri Yakovlev "Mənim şirim var” filimin çəkir. Başrolları Kinq II, ailənin övladları Roma və Yeva Bərbərova oynayırlar.Kinq II ən çox Romanı sevirdi. Uşağa çox bağlanmışdı və onun bütün tələblərinidərhal yerinə yetirirdi. Roma onun belinə çıxıb at kimi sürüdü. Romanınetdikləri hərəkətlər çəkiliş qrupunun digər üzvləri üçün qadağan idi. Kinqitaəti sevmirdi. Rejjiosr Bromberqin Kinq II-ni soyuq çaya tullanmağa vadaretmək istəyi faciə ilə bitir. Belə ki, Kinq onun ayağıın dişləyir. Onun dişlərirejissorun baldırında 8 santimetrlik dərin yaraya səbəb olur.

Digər bir haldaisə Kinq II-nin ağzına rulet vermək istəyən operator assisteni ilə baş verir.O, həmin vaxt qəfil hərəkət etdiyi üçün şir operator assistenininbarmağının yarısın qoparır.

Nəhayət filmhazır olur və onu həm uşaqlar, həm də böyüklər izləyir. Bərbərovlar M.Qorkiadına kinostudiya ilə danışıqlar aparmağa başlayırlar. Lakin tale bukinolayihələrə mane olur. Kinq II-nin həyatı da öz sələfininki kimi faciəvisonluqla bitir.

Bu vaxtlar ailədə böyük mehribançılıq vəxoşbəxtlik hökm sürüdü. Ümumittifaq məşhurluğu olan Bərbərovlar heyvanla insanmünasibətlərinə yeni baxış gətirmək üzrə idilər. O zamanlar Azərbaycan SSRKommunist Partiyasının 1-ci katibi cənab Heydər Əliyev Bərbərovlara hər cürköməkliyin göstərilməsini tapşırmışdı. Dövlət şir üçün ət ayırırdı. Hətta KinqII üçün mikroavtobus da ayrılmışdı. Bu o vaxtlar üçün ağlasığmaz hadisə idi,lakin birdən hər şey məhv oldu. Faciə faciə arxasınca gəldi.

Növbəti faciyənə zaman baş verir?

1978-ci ildə ailə başçısı Lev Lvoviçinfarktdan vəfat etdikdən sonra ailə şiri saxlamaqda çətinlik çəkməyə başlayırvə buna görə onu Berlin Zooparkına hədiyyə etməyi düşünür, lakin bu, başvermir.

Nina Bərbərova: "Kinq II Lev Lvoviçirəhbər hesab edirdi, lakin 1978-ci ildə ərim vəfat etdikdən sonra mən iki uşaq,şir və digər heyvanlarla dolu evdə təkbaşına qaldım. Kinq öz sahibini axtarırdıvə ona məxsus əşyalar tapdıqda onlara iyləyir, üztünə baş qoyaraq yatırdı.Düzdür, o mənə də tabe idi və ona görə heç kim təhlükə barədə düşünmürdü”.

1980-ci il noyabrın 24-də Kinq II NinaBərbərovaya ağır xəsarətlər yetirir, oğlu 14 ayşlı Romanı isə öldürür. Hadisəyerinə gələn milislər isə şiri və pumanı güllələyib öldürürlər.

Nina Bərbərova: "Həmin gün mənim üçünkabusa çevrildi. Səhər nəşriyyata yollandım. Evimizdə böyütdüyümüz bütünheyvanlardan bəhs edən kitab çapa hazırlanırdı. Sonra evə tələsdim ki, uşaqlarvə heyvanlara yemək verim. Mənzilə daxil olanda tüstü iyi hiss elədim. Kinqözünü qəribə aparırdı və balkondakı tora doğru qaçdı. Lyalya adlı pumamız isədivanda uzandı. Balkona yaxınlaşanda gördüm ki, alkoqolik qonşumuzplastmas yandıraraq şirin üstünə atır. Mən əsəbləşdim, "siz nə edirsiz. Mən busaat milis çağıracam” dedim. Bu vaxt oğlum Roma məktəbdən evə gəldi. Əvvəl onayemək verdim, sonra isə Kinqə yaxınlşadım. Əti doğrayıb qabda onun qabağınaqoydum. Bu zaman o mebelin üzərinə çıxaraq, beli üstə ordan yerə düşdü. Sonraisə üstümə atıldı. Başımı dişlədi və arxası üstə yerə yıxdı”.

Anasının səsinə qaçan 14 yaşlı Romaşirin boğazından tutub dartır, lakin qan iyindən başını itirmiş Kinq IIanasının gözləri önünüdə oğlunu parçalayıb öldürür. Onun başını dişləyir vəonurğa sümüyün qırır.

Nina Bərbərova: "Mən huşumu itirmişdim.Atəş səsləri açılanda özümə gəldim. Qonşular tərəfindən çağırılan milislər damaqalxaraq mənzilə atəş açırdılar. Qapını sındırdıqları an Kinqi öldürə bildilər.Səsdən qoxuya düşən puma küçəyə qaçmaq istəyən anda ürəyindən güllə yarasıaldı. Halbuki, o heç kəsə hücum etmək istəmirdi, sadəcə qorxmuşdu”.

Ailənin sonrakı vəziyyəti

Hadisə 34 iləvvəl baş verib. Nina Petrovnadan oğlunun ölüm xəbərini uzun müddətgizlədiblər. O yalnız xəstəxanadan çıxdığı gün bunu öyrənir və yenidən 3 ayxəstəxanada müalicə alır. O yaşamaq istəməsə də, Kazım adlı bir azərbaycanlıona həyata inamı qaytarır. O, Kazımla evlənir və yenə uşaqları olur. Bu, indiAzərbaycanın tanınmış aktyoru Kazım Abdullayevdir.

"Həkimlər möcüzənəticəsində məni xilas etdilər. Dəlicəsinə sevidiyim oğlumu isə itirdim. Başverənlətdən sonra intihar barədə fikirləşirdim. Mənə qızım və dostum Kazım(Əməkdar artist Kazım Abdullayev hazırda Azərbaycan Dövlət Dram Teatrınınakytorudur) baxırdı.

Kazımla evləndimvə daha iki uşaq – Fərhad və Rahilı dünyaya gəldi. Evdə vəhşi heyvan dahasaxlamırıq, yalnız itlər, pişiklər və tutuquşular var.

Kinq II-yə qarşıkin bəsləmirəm. Axı o heyvandı, insan deyil və nə etdiyin anlamayıb. Yeganəolaraq özümü bağışlaya bilmirəm ki, ilk övladıəm Romanı qoruya bilmədim”.

Hazırda NinaPetrovna Bərbərovanın evində çoxlu pişik və heyvanlar olsa da, o daha şirsaxlamır. Yalnız evin görməli güşəsində Kinq I və Kinq II-nin fotoşəkilləriasılıb. Onlardan birində Kinq II-ni bərk qucaqlamış Romanın da təsvirivar.

Bu, o zamanBərbərovların yaşadığı ikiqat faciə idi – oğlanları və şir öldü. Halbuki, onlar bir-birin çox sevirdilər.