Şimon Peres dəfn edildi
İsrailin keçmiş prezidenti Şimon Peres artıq dəfn edilib.
İsrailin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.
Şimon Peresin dəfn mərasiminə ABŞ prezidenti Barak Obama ilə yanaşı on minlərlə sıravi vətəndaş, 70-dən artıq ölkənin nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycanı isə dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.
Digər Xəbərlər
06 May 2024 10:06
Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
06 May 2024 09:59İsrail ordusu Rəfahda əməliyyata başladı
06 May 2024 09:52"Makron mağara rusofobudur"
06 May 2024 09:18Moskva Zelenskini axtarışa verdi...?
06 May 2024 09:15