adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Aprel 2017 14:26
6366
GÜNDƏM

ŞİMALİ KOREYANIN ADI DİLİMƏ YATMAYAN PREZİDENTİ

ölkəsini də, xalqını dafaciəyə sürükləyir. Cibində iki-üç dənə qəpik-quruş nüvə silahı var, elə bilir milyonerdi. Qonumuna-qonşusuna kəllə atmağı bəsdeyil, hələ bir ABŞ-ı da hədələyir və nəticədəABŞ-ın əlinə «kozır» verir. Buyur, indi ABŞbir dünyanı dağıda biləcək bir hərbi gəmisini,içində də 150 raket, göndərir Şimali Koreya sahillərinə. Orta Doğu (Yaxın Şərq)bataqlığından çıxa bilməyən dünya indi bir Uzaq Şərq bataqlığına doğru getməkdədi.

Bu Suriyanın, İraqın, nəbilim Fələstinin yenə üç-dörd ağsaqqalı var, bu bədbəxtin heç birağsaqqalı da yoxdu.

Özü cəhənnəm, arada Koreyaxalqı qırılacaq. İndi də dünya ordan ac-yalavac və ya qırılmış cocuqların şəkillərini paylaşacaq.