adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyul 2017 10:40
8839
DÜNYA

Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq

Şimali Koreyanın 6 gün ərzində yenidən raket buraxacağı barədə məlumat yayılıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.

Pentaqon nümayəndəsinin sözlərinə görə, Kuson şəhərinə xüsusi avadanlıqların daşındığı məlum olub ki, bu avadanlıq məhz raket buraxılması zamanı istifadə olunub.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, adətən belə daşınmalar olan zaman 6 gün ərzində raket buraxılması həyata keçirilir.

Bu hadisənin də məhz ölkədə Koreya müharibəsinin bitməsi şərəfinə təsadüf etməsi ehtimal edilir.